Icma.az
close
up
RU
Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır

Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şuşa Bəyannaməsi Azərbaycan Respublikasının dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, regional əməkdaşlığı dərinləşdirən və strateji tərəfdaşlığı daha yüksək səviyyəyə çatdıran tarixi sənəddir. Bu bəyannamənin imzalanması təkcə Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının deyil, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun bariz göstəricisidir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı kimi, bu sənəd həm tarixi, həm hüquqi, həm də siyasi əhəmiyyətə malikdir. O, iki dövlət arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmiləşdirir və bu, bölgədə sabitliyin və inkişafın təminatçısı kimi çıxış edir. Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də, Azərbaycanın mədəniyyət paytaxtı olan və strateji əhəmiyyət daşıyan Şuşa şəhərində imzalanıb. Bu hadisə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar fonunda xüsusi rəmzi və siyasi məna daşıyır. Prezident İlham Əliyev də bu sənədin imzalanmasının tarixi məqamını önə çəkərək qeyd edir ki, Şuşada imzalanmış bəyannamə təkcə iki qardaş ölkənin münasibətlərini gücləndirmir, həm də Azərbaycanın beynəlxalq səviyyədə mövqelərini daha da möhkəmləndirir. Bəyannamədə iki ölkə arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi, informasiya təhlükəsizliyi, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə konkret istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın regional güc kimi mövqelərinin daha da artmasına səbəb olur. Prezident İlham Əliyevin fikrincə, Şuşa Bəyannaməsi sadəcə olaraq iki ölkə arasında hüquqi sənəd deyil, həm də beynəlxalq ictimaiyyətə verilən ciddi bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyə birlikdə regionun sabitliyi və inkişafı üçün strateji qərarlar qəbul etmək iqtidarındadır və bu əməkdaşlıq başqa ölkələr üçün də nümunə ola bilər. İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Şuşa Bəyannaməsi Azərbaycanın müstəqil siyasət yürütmək gücünü və suveren qərar vermək qabiliyyətini əks etdirir. Bu isə ölkəmizin beynəlxalq miqyasda daha çox etimad qazanmasına, strateji tərəfdaşlıq formatlarının genişlənməsinə və xarici investisiya axınının artmasına səbəb olur. Digər tərəfdən, bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında mövqeyini daha da gücləndirir. Məhz bu sənəddən sonra bir sıra dövlətlər Azərbaycanın bölgədəki rolunu daha obyektiv qiymətləndirməyə və onunla əməkdaşlığa maraq göstərməyə başlamışdır. Prezident İlham Əliyev bu reallığı xüsusi qeyd edərək bildirir ki, Azərbaycanın balanslı və milli maraqlara əsaslanan xarici siyasət kursu, xüsusən də Türkiyə ilə strateji müttəfiqlik münasibətləri, regional və beynəlxalq proseslərdə ölkəmizin rolunu artırır. Bu müttəfiqlik əlaqələri regionda sülh və təhlükəsizliyin təminatında da mühüm rol oynayır. Bəyannamənin hərbi-siyasi bölmələri, qarşılıqlı yardım və dəstək mexanizmləri təkcə ikitərəfli münasibətləri deyil, həm də ümumi təhlükəsizlik arxitekturasını gücləndirir. Şuşa Bəyannaməsi həm də Qarabağın dirçəlişi və reinteqrasiyası prosesində əhəmiyyətli rol oynayır. Bu sənədin imzalanmasından sonra Şuşada və digər azad edilmiş ərazilərdə Türkiyə şirkətləri ilə birgə genişmiqyaslı layihələrin icrasına başlanmış, nəqliyyat, infrastruktur və enerji sahələrində əməkdaşlıq dərinləşmişdir. Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirilən layihələrin təkcə iqtisadi deyil, siyasi və mədəni mahiyyət daşıdığını da vurğulayır. Beləliklə, Şuşa Bəyannaməsi post-münaqişə dövründə Azərbaycanın daxili və xarici siyasətinin uzlaşmasını, milli maraqların reallaşdırılması istiqamətində səmərəli əməkdaşlığın möhkəmləndiyini göstərir. Şəxsi fikrimcə, Prezident İlham Əliyevin bu çıxışı olduqca dəyərli və gələcəyə hesablanmış strateji baxışların ifadəsidir. Onun nitqindəki əminlik, qətiyyət və dövlət maraqlarına sadiqlik xalqımız üçün qürurverici bir siyasi iradə nümunəsidir. Bu çıxış həm tarixi faktlara əsaslanır, həm də Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə aydın yol xəritəsi təqdim edir. Prezidentin Şuşada bu bəyanatı imzalaması və çıxışında səsləndirdiyi fikirlər Azərbaycan xalqının zəfərini daha da gücləndirən, ölkəmizin siyasi və mənəvi mövqeyini möhkəmləndirən məqamlarla doludur. Xüsusilə də çıxışın hər abzasında hiss olunan milli ruh və müstəqillik ideyası gənc nəsil üçün bir yol göstəricidir. Bütün bunlar bir daha sübut edir ki, Şuşa Bəyannaməsi Azərbaycanın beynəlxalq nüfuzunu artıran, onu regionda və daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi təqdim edən mühüm strateji sənəddir. Prezident İlham Əliyev bu reallığı dönə-dönə vurğulayaraq bildirir ki, müasir dövrün çağırışları fonunda güclü müttəfiqlik münasibətləri ölkəmizin suverenliyi və gələcək inkişafı üçün əsas dayaq sütunudur. Onun çıxışı həm məzmun, həm forma baxımından ölkənin gələcəyinə olan güclü inamı nümayiş etdirir. Bu baxımdan mən həmin çıxışı yalnız siyasi bəyanat kimi deyil, həm də milli həmrəyliyin, dövlətçilik ənənələrinin və qardaşlığın təntənəsi kimi qiymətləndirirəm.
Şəbnəm Uğurlu
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ƏPT-nin sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri