Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Beyazıt Yumuk: Nə mutlu Türküm deyənə deyirəm SÖHBƏT

Beyazıt Yumuk: Nə mutlu Türküm deyənə deyirəm SÖHBƏT

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türk dünyasının ortaq tarixi, mədəni kökləri və geosiyasi maraqları bu gün yenidən diqqət mərkəzinə çevrilməkdədir. Bu kontekstdə hər il 3 may tarixi xüsusi əhəmiyyət daşıyır və Türkçülük Günü kimi qeyd olunur. Bu günün yaranması 1944-cü ildə baş vermiş tarixi hadisələrlə bağlıdır. Həmin hadisələr Türkçülük düşüncəsinin ideoloji formalaşmasında mühüm mərhələ hesab edilir. Zamanla bu tarix yalnız bir xatirə günü deyil, eyni zamanda türk xalqları arasında birlik, həmrəylik və ortaq gələcək ideyasının simvoluna çevrildi.

Qloballaşan dünyada dövlətlərarası əməkdaşlıq modelləri dəyişdikcə, eyni dil, mədəniyyət və tarixi köklərə sahib xalqların bir araya gəlməsi məsələsi də aktuallaşır. Bu baxımdan Türkçülük Günü ideoloji yaddaşın qorunması ilə yanaşı, türk birliyi ideyasının bugünkü reallıqlar və perspektivlər fonunda yenidən dəyərləndirilməsinə də imkan yaradır.

Türkiyə Müxbir Qazilər Dərnəyinin başçısı, Kıbrıs qazisi Beyazıt Yumuk 3 may türkçülük günü ilə bağlı Sherg.az-a danışıb: 

-3 may tarixi sizin üçün nə ifadə edir?

-Böyük ictimai xadimimiz Ziya Göyalp belə deyib: "Börteçinə qurdun adı, Ərgənəkon yurdun adı, dörd yüz il dayandın, haydı, çıx, ey yüz min nizəmiz!".

Məşhur yazıçımız, şairimiz Ziya Göyalp keçmişdən gələcəyə Türk uluslarının birləşib Turan Birliyinin qurulması istiqamətində ilk qığılcımları yandıran yazıçılarımızdan biridir. Biz də hər zaman Türkün Türkdən başqa dostu olmadığı üçün bu fikrin ətrafında birləşməliyik. Bu gün dünya üzərində olan Türk dövlətlərinin birləşərək bir Türk birliyi, bir Turan birliyi yaratması istiqamətində ümidimiz davam edir. 

3 may mərhum Nihal Atsızın Səbahattin Əli ilə bağlı yazdığı məqaləyə görə ortaya çıxan məhkəmə prosesində həbs olunmasına qarşı baş verən hərəkatın nəticəsi olaraq formalaşdı.

Həmin tarixdən etibarən, yəni 1944-dən bu yana 3 may Türkçülər Günü kimi qeyd olunur və bu ənənə bu gün də davam edir.

Mərhum Rauf Türkan, Nihal Atsız, Alparslan Türkeş kimi böyük dövlət adamlarını, düşünürlərin hamısını bu vəsilə ilə rəhmətlə, minnətlə yad edirəm. 3 may Türkçülük Günü bütün Türk uluslarına mübarək olsun.

Nə mutlu Türküm deyənə deyirəm.

-Hazırda Türk dövlətlərinin birliyini necə qiymətləndirirsiniz?

-1917-ci il Bolşevik iktidarından sonra indiki Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan kimi türk qardaşlarımızın dövlətləri işğal altına alındı. Hələ də bir qismi Çinin, Monqolustanın işğalı altındadır.

1993-cü ildə Sovetlər Birliyinin dağılmasından sonra türk dövlətləri öz mənliyinə qovuşdu. Bunların ən başında da mənliyinə ilk qovuşan dövlət Azərbaycan Respublikası oldu.

Biz Azərbaycanla “tək millət, iki dövlət"ik. Gələcəkdə inşallah “tək millət, altı, hətta yeddi dövlət” deyəcəyik. Şimali Kipr Türk Respublikası da bu birliyin üzvü olacaq. Bu gün Azərbaycanın dünya üzərindəki yeri, Qafqazlardakı vəziyyəti və ən son İkinci Qarabağ Müharibəsində göstərdiyi qələbə təqdirəlayiqdir. Öz torpaqlarını müdafiə edəcək gücə çatmış Azərbaycan dövlətinin türk ulusları arasındakı yeri hər zaman böyükdür. Onun ardınca bütün ümidimiz Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, hətta Macarıstan və Şimali Kipr Türk Respublikasınadır. Şimali Kipr Türk Respublikası Türkiyənin zəmanəti altında qurulmuş dövlətdir.

Aralıq dənizinin ortasında, Yaxın Şərqə, Qafqazlara nəzarət edən Kipr üzərindəki Şimali Kipr Türk Respublikasının əhəmiyyəti çox böyükdür. Bu gün Yaxın Şərqdəki inkişafları izlədiyimiz zaman Şimali Kipr Türk Respublikasının da orada suverenlik və hakimiyyət hüquqlarının nə qədər yerində olduğunu çox yaxşı qiymətləndirmək lazımdır.

Anadolunun ətrafında “mavi vətən”imiz var. Hazırda bizim üç tərəfimiz dənizlərlə əhatə olunub.

Sizin də bir “mavi vətən”iniz var- Xəzər dənizi.

Bu mavi vətənlərə sahib çıxmaq lazımdır ki, o mavi vətənlər eyni zamanda da dövlətin və millətin hakimiyyətinin simvolu olan bayraqlarımızın gəmilərimizin üzərində dalğalandığı sulardır. Bu yerlərə də sahib çıxsaq, mavi sular bizi hər zaman dirçəldəcək.

-Türk dövlətləri arasında birliyin güclənməsi və Qarabağ zəfərinin bu prosesə təsiri barədə düşücələrinizi bölüşə bilərsiniz?

-Azərbaycanlı qardaşlarımızın 1993-dən Qarabağ münaqişəsi işğalından sonra çəkdikləri o zülmü, qətliamları heç vaxt unutmadıq, unutmayacayıq. Keçmişdə eyni şəkildə Türkiyənin daxilində Fransanın və Böyük Britaniyanın, xarici qüvvələrin dəstəyi ilə ermənilərin türk vətəndaşlarımıza qarşı Kahramanmaraşda, Qaziantepdə, Osmaniyədə, Adanada, Mersində etdikləri qətliamları da heç vaxt unudulmayıb.

Biz birinci Qarabağ savaşını müharibə olaraq qəbul etmirik. Bu, Rusiyanın dəstəyi ilə hazırlanmış işğal idi. 

Amma 44 günlük müharibədə Qarabağ azad olundu. Mən 2023-cü ildə Azərbaycana gələndə Şuşaya da getdim. 10 noyabrda ulu öndərimiz Mustafa Kemal Atatürkün vəfatının ildönümü idi.

Xankəndi qarşısında yüksək bir təpədə səs qurğusu qurularaq orada ulu öndərimizi andıq. Dedik ki, inşallah bundan sonrakı gəlişimizdə Xankəndini də azad türk torpağı olaraq görəcəyik. Nəticədə Xankəndi də azad olundu. 

Çox xoşbəxtik. Azərbaycanın göstərdiyi eyni səyi digər dörd türk dövlətlərinin də göstərməsini ürəkdən arzulayıram.

-Bəs hərbi güc baxımından Türk dövlətlərinin birliyini necə qiymətləndirirsiniz?

-Azərbaycanın Silahlı Qüvvələri ortaq güc kimi Türkiyə ilə və ya digər ölkələrlə həyata keçirdiyi fəaliyyətlər nəticəsində bu gün öz sözünü deyir. Türkiyə 1974-cü ildə Kipr Barış Hərəkatından sonra silah sistemlərində, silahlanmada cığır açdı. Lakin xarici qüvvələr bunu əngəlləməyə çalışdılar. ABŞ-nin Türkiyə üzərindəki embarqoları onu xeyli çətin vəziyyətə saldı ardınca isə 1980-cı il hərbi çevrilişi baş verdi. Çevrilişdən sonra yenidən embarqo qaldırıldı, embarqonun qaldırılması ilə yenidən ABŞ-nin köhnə silahları ölkəmizə gəlməyə başladı. Cənub-Şərqi Anadoludakı terror təşkilatına qarşı istifadə edəcəyimiz silahlanmada bizə dəstək vermədikləri üçün Türkiyə öz göbəyini özü kəsməli oldu. İlk növbədə ASELSAN-ı, sonra ROKETSAN-ı, ondan sonra ASPİLSAN-ı qurdu, ondan sonra mühərrik zavodlarını qurdu. Hazırda da TUSAŞ quruldu. Daha ağlıma gəlməyən o qədər çox hərbi müəssisələr quruldu ki, indi Türk sənayesi eyni zamanda da müdafiə sənayesi ilə birgə işləyir. Bu gün öz gəmilərimizi, öz silahlarımızı, öz sursatımızı hamısını özümüz istehsal edirik, Allaha çox şükür. İnşallah qısa zamanda göy üzündə KAAN təyyarəmizin polad qanadlarını da görəcəyik. Onlar göy üzünün yorulmaz keşikçiləri olaraq xidmət edəcəklər. Aşağıda isə helikopterlərimiz, daha aşağıda tanklarımız, toplarımız, tüfənglərimiz, raketlərimiz olacaq. “Mavi vətən”də də gəmilərimiz, gəmilərimizin üzərində isə bayraqlarımız dalğalanacaq. Onların güc birliyi ilə ölkəmizi qoruduğumuz kimi dost və qardaş ölkələrin də müdafiəsinə dəstək olacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 May 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri