Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Beyin mərkəzlərinin əməkdaşlığı güclənir

Beyin mərkəzlərinin əməkdaşlığı güclənir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Bu, Azərbaycanla Türkiyənin gələcək strateji təşəbbüslərinin koordinasiyası baxımından əhəmiyyət kəsb edir

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyada dövlətlərarası əməkdaşlığın, səmimi tərəfdaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsinə çevrilib. Hər iki xalq ortaq soy-kökə, bənzər adət-ənənələrə və milli-mənəvi irsə malik olmaqla yanaşı, zamanın sınaqlarından çıxaraq dostluq və qardaşlıq münasibətlərini bu gün də eyni sədaqətlə yaşatmaqda davam edir.

Regionun iki güclü dövləti...

Bu səmimi, qırılmaz əlaqələr iki ölkənin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə sıx əməkdaşlığı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində də özünü göstərir. Azərbaycan və Türkiyə geosiyasi baxımdan mühüm regionlarda yerləşərək, regional və qlobal təhlükəsizlik, enerji layihələri və iqtisadi əməkdaşlıq sahələrində strateji tərəfdaş kimi çıxış edir. Eyni zamanda, hər iki dövlət prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türk dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsində fəal rol oynayır, ortaq layihələr və təşəbbüslərlə bu birliyin gələcək inkişafına töhfələr verir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Xüsusən də hər iki ölkənin humanitar fəlakətlər zamanı bir-birinə dəstəyi, qarşılıqlı yardımı və mənəvi həmrəyliyi bu münasibətlərin nə qədər dərin vəsarsılmaz olduğunu bir daha sübut edir. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib.

Beyin mərkəzlərinin təmsilçiləri önəmli müzakirələr aparıb

Regionun güclü və nüfuzlu dövlətləri olan Azərbaycanla Türkiyə daim müxtəlif səviyyələrdə təmasdadır və ikitərəfli, o cümlədən  regional proseslərlə bağlı koordinasiyalı şəkildə əməkdaşlıq edirlər. Bu baxımdan, noyabrın 24-də Şuşa şəhərində keçirilən Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumunu da qeyd etmək yerinə düşər. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak ediblər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən forumun regional inteqrasiya, strateji əməkdaşlıq və beyin mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Eləcə də Azərbaycan - Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni reallıqlar fonunda institusional əsaslarının və konstruktiv rolunun daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Forum çərçivəsində vacib məsələlərin müzakirə edildiyi üç panel sessiya keçirilib. Belə ki, birinci sessiyada Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə edilib. İkinci sessiyada Türk Dövlətləri Təşkilatında inteqrasiyanın perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub. Üçüncü sessiyada isə nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan və Türkiyənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib.

Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri də vurğulanıb. Ekspertlər Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğunu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduqlarını bildiriblər. Ümumi rəy belədir ki, iki ölkənin beyin mərkəzləri arasında tədqiqat gündəliyi böyük ölçüdə üst-üstə düşür və bu əməkdaşlıq regiondakı proseslərin daha dərindən təhlilinə imkan yaradır. Bu platformanın təşkil edilməsi region üçün mühüm əhəmiyyət daşıyır. Yəni Azərbaycan-Türkiyə intellektual əməkdaşlığı regional sabitlik və təhlükəsizlik baxımından yeni sinerji yaradır, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına, eləcə də Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verir. Bütövlükdə, iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və növbəti forumların mütəmadi keçirilməsi nəzərdə tutulur.

Şuşa Bəyannaməsi münasibətlərimizin zirvəsidir

Qeyd edək ki, ölkələrimiz arasında enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neftkəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri AzərbaycanınAvropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Xüsusilə 2020-ci ildə baş vermis İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. Regional çağırışların artdığı bir dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hərbi istiqamətdə daha da güclənməsi xüsusi önəm daşıyır. İki ölkə arasındakı əməkdaşlıq təkcə siyasi və iqtisadi sahələrdə deyil, təhlükəsizlik və müdafiə sahəsində də nümunəvi model yaradıb.  2021-ci ilin iyun ayında liderlər tərəfindən imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi isə münasibətlərimizin zirvəsini təşkil edir.

Bütövlükdə, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, o cümlədən Yaxın Şərqdə vəziyyət iki qardaş ölkənin diqqət mərkəzindədir. Dövlətlərimiz regionumuzda sülhün və sabitliyin təminolunması üçün birgə diploimatik fəaliyyət həyata keçirir. Bütün bunların fonunda, Birinci Şuşa Forumu Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın möhkəmlənməsi, ortaq elmi-analitik platformaların yaradılması və gələcək strateji təşəbbüslərin koordinasiyası baxımından əhəmiyyət kəsb edir.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri