Beyin qabığının incəlməsinin səbəbləri açıqlanıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xoşagəlməz sosial və ekoloji şərtlər beyin sağlamlığını təhlükəyə atır.
Oxu.Az xəbər verir ki, Ueyk-Forest Universiteti nəzdindəki Tibb Məktəbinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər.
Tədqiqatın nəticələri "Alzheimer's & Dementia: Behavior & Socioeconomics of Aging" jurnalında dərc edilib.
Alimlər "Healthy Brain Study" layihəsi çərçivəsində 679 iştirakçının məlumatlarını təhlil ediblər. Təcrübə iştirakçılarının beyni MRT ilə yoxlanılıb, Altsheymer xəstəliyi və demensiyanın digər formalarının erkən əlamətlərinin aşkarlanması üçün isə onlardan qan analizi götürülüb. Bu məlumatlar yoxsulluq səviyyəsi, havanın çirklənməsi və sosial həssaslıq göstəricilərini əks etdirən üç milli indekslə müqayisə olunub.
Məlum olub ki, beyin strukturunda yaddaş və koqnitiv funksiyaların pisləşməsi ilə bağlı dəyişikliklər daha çox əlverişsiz bölgələrdə yaşayan iştirakçılarda müşahidə olunub. Beyin qabığının incəlməsi, ağ maddədə pozuntular və beyin qan dövranının pisləşməsi bu dəyişikliklər arasındadır.
Tədqiqat müəllifləri vurğulayırlar ki, təmiz hava, təhlükəsiz yaşayış yeri və sağlam qidalanma koqnitiv sağlamlığın qorunmasında böyük rol oynayır. Onların fikrincə, xroniki xəstəliklərə nəzarət və sağlam həyat tərzi ilə yanaşı, şəhər mühitinin yaxşılaşdırılması da demensiyanın profilaktikasının əsas amillərindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Oktyabr 2025 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















