Beyləqanda 11 yaşlı oğlanı maşın vurdu Vəziyyəti ağırdır
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beyləqan rayonunda 11 yaşlı oğlanı avtomobil vurub.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Changan” markalı avtomobil 2015-ci il təvəllüdlü M.R-nı (Ad şərtidir) vurub.
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Yaralı yaxınlıqda olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb.
R.M-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2015-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
“Ona dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi, bədənin çoxsaylı əzilmiş, sıyrılmış yaraları diaqnozu təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.Vəziyyəti ağır olaraq qiymətləndirilir”, - deyə əlavə edilib.
Ziya Əmirxanlı
Baxış sayı:106
Bu xəbər 12 Avqust 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















