Beyləqanda müharibə iştirakçısı kəndə quraşdırılan kameraları qırdı
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Beyləqanda müharibə veteranı kənddə quraşdırılan müşahidə kameralarını qırıb.
Lent.az-ın məlumatına görə, hadisə 1-ci Şahsevən kəndi ərazisində qeydə alınıb.
39 yaşlı İlkin Sadıqov (ad və soyad şərtidir) sərxoş halda 1-ci Şahsevən kəndi ərazisində quraşdırılan müşahidə kameralarını qırıb. Əraziyə çağırılan polis əməkdaşları onun hələ də kameraları qırmaqda davam etdiyini görüblər. Onlar İlkindən dayanmasını tələb etsələr də, o, buna məhəl qoymayıb və nalayiq ifadələr işlədib. Nəticədə İlkin saxlanılaraq, polis şöbəsinə aparılıb.
Lakin burada da polisin qanuni tələbinə tabe olmayıb və şöbənin iş rejimini pozub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddəsilə protokol tərtib olunub.
Barəsində inzibati xəta üzrə icraat aparılan İlkin Sadıqov Vətən müharibəsi iştirakçısı olduğunu deyib. O, həmçinin bildirib ki, Füzuli və Cəbrayıl rayonlarının, habelə Hadrutun işğaldan azad olunmasına görə medallarla təltif olunub. İlkin Sadıqov əməlindən peşman olduğunu və bir daha belə hərəkətlər etməyəcəyini qeyd edib.
Beyləqan rayon Məhkəməsinin qərarı ilə İlkin Sadıqov barəsində 150 manat məbləğində cərimə cəzası təyin edilib.
Baxış sayı:102
Bu xəbər 20 Noyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















