Beyləqanda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlandı FOTOLAR
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan rayonunun Dünyamalılar kəndində fəaliyyət göstərən və Qaryağdı Əsəd oğlu Təhməzova məxsus olan süd qəbulu məntəqəsində yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Məntəqəyə və ya məntəqədən daşınan hər bir süd partiyasının müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmadığı, qida məhsulunun komponenti kimi istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı məlum olub. Həmçinin döşəmənin, divar səthlərinin təmirsiz olduğu və asan təmizlənən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunaraq süd qəbulu məntəqəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:205
Bu xəbər 17 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















