Icma.az
close
up
RU
Beyləqanda Ulu Öndərin 102 illiyi keçirildi Fotolar

Beyləqanda Ulu Öndərin 102 illiyi keçirildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

“Qafqazinfo” xəbər verir ki,  tədbir başlamazdan əvvəl Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmilər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də “Mənim Azərbaycanım” adlı rəsm müsabiqəsində çəkilən rəsm əsərləri ilə tanış olublar.

Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib.

Tədbir iştirakçıları Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən videoçarxı izlədikdən sonra mərasimin rəsmi hissəsi başlayıb.

Əziz Əzizov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki müstəsna rolundan, onun uzaqgörən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıb. Rayon rəhbəri Heydər Əliyev siyasi kursunun nəticəsi olaraq Azərbaycanın bu gün regionda aparıcı və dinamik inkişaf edən bir dövlətə çevrildiyini, əldə olunan uğurların məhz bu yolun davamı olduğunu vurğulayıb.

Tədbirdə rayon prokuroru Ramazan Hadıyev, Ağsaqqallar Şurasının sədri Etibar İmanov və ziyalı İfrat Məhərrəmov da çıxış edərək Ulu Öndərin ideyalarının əhəmiyyətindən bəhs ediblər.

Ardınca Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yerə layiq görülən Röya Nəsirli Heydər Əliyevin gənclər siyasətinə həsr olunmuş təqdimatı ilə çıxış edib.

Tədbir konsert proqramı ilə davam edib.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri