Icma.az
close
up
RU
Beynəlxalq agentlik İranın nüvə obyektlərində dağıntıları qeydə alıb

Beynəlxalq agentlik İranın nüvə obyektlərində dağıntıları qeydə alıb

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ Hərbi Hava Qüvvələrinin bombardman etdiyi Fordoda İranın əsas 60%-ə qədər uran zənginləşdirmə obyektində çalalar görünür ki, bu da dəlib-keçən sursatların istifadəsini təsdiqləyir və ABŞ-nin bəyanatları ilə uyğunluq təşkil edir. Lakin hazırda heç kim, o cümlədən BAEA, yeraltında dəyən zərəri qiymətləndirmək iqtidarında deyil".

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi agentliyin İdarə Heyətinin fövqəladə iclasının açılışında bildirib.

O, həmçinin vurğulayıb ki, yeraltı nüvə obyektində yerləşən sentrifuqaların titrəyişlərə qarşı yüksək həssaslığı və bombaların partlayış gücü ABŞ-nin zərbəsindən dəyən zərərin əhəmiyyətli olacağı qənaətini yaradır.

İran BAEA-nı məlumatlandırıb ki, Fordoda və hücuma məruz qalmış digər iki nüvə obyektində perimetrdən kənarda radiasiya səviyyəsinin artması qeydə alınmayıb.

Agentlik vəziyyəti yaxından izlədiyini bəyan edib və İran rəsmilərini BAEA-nın mərkəzi ilə əlaqə saxlamağa, bütün hadisə və fövqəladə vəziyyətlər barədə operativ məlumat verməyə çağırıb.

Baş direktor əlavə edib ki, BAEA ABŞ-nin bombardmanı nəticəsində İranın Natanz və İsfahan nüvə obyektlərində də dağıntılar qeydə alıb. İsfahandakı zədələnmiş binalar arasında uranın emalı ilə bağlı obyektlər var, Natanzda isə uran zənginləşdirmə qurğusuna zərbə endirilib. Həmçinin İsfahana zərbə zamanı zənginləşdirilmiş yanacağın saxlanması üçün istifadə olunan tunellər zərər görüb.

Qeyd edək ki, İsrail iyunun 13-də gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün sonra İslam Respublikası cavab hücumu həyata keçirib. Qarşılıqlı zərbələr davam edir. Hər iki tərəf ölən və yaralananların olduğunu bildirib, bir sıra obyektlərin zərər gördüyünü etiraf edib. ABŞ münaqişənin eskalasiyasından doqquz gün sonra, iyunun 22-də İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hücum edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 İyun 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri