Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Beynəlxalq aləm həqiqətə göz yummamalıdır!

Beynəlxalq aləm həqiqətə göz yummamalıdır!

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

QAİ və XİN etirazını bildirib

Mürəkkəb siyasi proseslərin müşahidə olunduğu, qütbləşmənin açıq xarakter aldığı və ən əsası kataklizmələrin geniş miqyasda yayıldığı müasir zamanda müstəqil xarici siyasət yürütmək, milli maraqlara bağlı qalmaq olduqca çətin bir işdir. Xüsusilə, qrup maraqlarının bu qədər önə çıxdığı son dövrlərdə beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi öz mənafeyinə fokuslanmaq demək olar ki, mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Beləliklə, qütbləşmə bütün sferalar üzrə kəskin hal alır. Belə bir mənzərədə beynəlxalq hüququ belə ikinci plana keçirmiş bəzi qlobal güclərə qarşı ləyaqətli şəkildə özünü müdafiə etmək əsl qəhrəmanlıqdır.

Cəmiyyət və dövlət ümummilli maraqlar ətrafında birləşib...

Əlbəttə ki, istisnalar mövcuddur - məsələn, Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artamasını şərtləndirib. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Bu isə nəticədə ölkəmizə olan müsbət maraqları artırmaqla yanaşı, mənfi auraya malik dairələrin bir sıra vasitələrlə qərəzli təzyiq və təsirini də artırır. Başqa sözlə, bu uğurları həzm etməyən dairələr müxtəlif yollarla ölkəmizə qarşı kampaniyalar təşkil edir, müəyyən müdaxilələrə cəhd göstərirlər. Amma bütün bu cəhdlər boşunadır - Azərbaycan cəmiyyəti və dövləti öz maraqlarının müdafiəsi uğrunda hər zaman vəhdət təşkil edə bilir - ümummilli mənafe uğrunda birləşmə nümunəsi Azərbaycanın nailiyyətlərinin əsas formuludur. Prezident İlham Əliyev hər zaman bildirib ki, heç bir dövlət müstəqil Azərbaycanın daxili işlərinə qarışa bilməz.

“Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkilik qınanır

Vurğulandığı kimi bəzən müstəqil xarici siyasət yürütməyimizdən narahatlıq keçirən, bəzən ermənipərəst mənafeyə əsir düşən, bəzən isə lokal korporativ maraqlara uyan dairələr ölkəmizi hədəfə almağa çalışır. Xüsusilə, COP29-dan sonrakı mərhələdə Azərbaycanın iqtisadi və siyasi nüfuzunun paralel olaraq daha da böyüməsi onlar üçün qəbuledilməzdir. Eyn zamanda, Azərbaycana səfər edən xarici qonaqların Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı həqiqətləri öyrənməsi onların illərdir ki, danışdıqları yalanları puça çıxarır. Bu səbəbdəndir ki, əllərinə düşən ilk fürsətdə ölkəmizin əleyhinə təblita aparırlar.

Məsələn, Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayımlanıb. Materialın əsas süjeti bədnam azərbaycanofob Tessa Hofmanla müsahibə əsasında qurulub. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilib və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim olunub. Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də deyilmir. Eynilə 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalmasının və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsinin üzərində sükutla keçilir. Bununla bağlı Qərbi Azərbaycan İcması etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, kanal irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq regionda gərginlik yaratmaq əvəzinə, Ermənistanın irqçilik siyasətini, o cümlədən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiqləyən, bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir. “Qərbi Azərbaycan İcması olaraq biz “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq”.

Etnik təmizləmə və işğal siyasətinin arxasındakı məqsədyönlü niyyət...

Bəli, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi və bu günlərdə üzə çıxmış məlum çıxışı əsl həqiqətləri bütün dünyaya bir daha nümayiş etdirdi. Bu çıxışda yer alan separatizm, işğalçılıq, etnik təmizləmə faktları birmənalı şəkildə cinayət tərkibi daşıyır və beynəlxalq aləm bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır. Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir. Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı açıqlamasında Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində etdiyi, azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışına diqqət yönəldərək bildirilir ki, hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir. “Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir. Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”“.

Səfirliyin yanaşması daha çox siyasi maraqlara əsaslanır...

Bəli, Azərbaycan dövləti bu gün özünün ən güclü dövrünü yaşayır. Neqativ güclərə qarşı mübarizə isə ən kəskin şəkildə davam etdirilir. Bir sıra dairələrin konkret cinayətdə ittiham edilən şəxslərlə bağlı qeyri-hüquqi çağırışları isə heç bir işə yaramır. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin bu kimi iddialarına cavab verib. Diplomat bildirib ki, Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir: “Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır. Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”.

S.İSMAYILZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see352

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see350

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see338

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see268

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see237

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see236

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see225

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see220

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see212

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see191

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see187

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see169

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see165

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see160

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see158

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri