Icma.az
close
up
RU
Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanda

Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycanda

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasındakı əməkdaşlıq çərçivəsində Nüvə Enerjisi Proqramının İcraedici Təşkilatının (NEPIO) vəzifə və məsuliyyətlərini əhatə edən dördgünlük seminar keçirilir.

Energetika Nazirliyinin məlumatına görə, tədbrin ilk günündə Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri tərəfindən yeni nüvə enerjisi proqramının icrası üçün mərhələli yanaşma, kiçik modul reaktorları üzrə texnologiyalar və onların infrastruktur məsələləri haqqında məlumat verilib. Türkiyənin ilk nüvə elektrik stansiyası layihəsinin “Tik – sahib ol – işlət” sxemi ilə reallaşdırılması, eləcə də yeni nüvə enerjisi proqramının həyata keçirilməsi üçün mümkünlüyün qiymətləndirilməsi sahəsində Macarıstan təcrübəsi nəzərdən keçirilib.

Növbəti günlərdə isə nüvə enerjisi sahəsində texniki-iqtisadi əsaslandırmaların hazırlanması, sahənin özünəməxsus xüsusiyyətləri, təhlükəsizlik tələbləri, mühafizə qaydaları və qoruyucu tədbirlər, nüvə elektrik stansiyası proqramı üçün tənzimləyici çərçivə, normativ hüquqi aktların hazırlanmasında Türkiyə təcrübəsi, lisenziyalaşdırma prosesi, yeni nüvə elektrik stansiyalarının reallaşdırılması istiqamətində rollar və məsuliyyətlərin bölüşdürülməsi, nüvə infrastrukturunun qiymətləndirilməsi, inteqrasiya edilmiş nüvə infrastrukturu və bu sahədə əldə edilmiş təcrübə, nüvə sahəsində insan resurslarının idarə edilməsi kimi mövzular ətrafında müzakirələrlə davam edəcək.

Seminarda Energetika Nazirliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC və digər aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri