Icma.az
close
up
RU
Beynəlxalq Bankın blokladığı kartdan pul oğurlandı

Beynəlxalq Bankın blokladığı kartdan pul oğurlandı

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Vətəndaşların bank kartlarından onlara məxsus vəsaitlərin oğurlanmasından da böyük bəla var. Vətəndaşdan icazəsiz ona kreditin verilməsi. Əgər birinci bəlada çempion “Kapital Bank”dırsa, ikincidə liderlik Azərbaycan Beynəlxalq Bankındadır (ABB). Konkret misal. Deməli, vətəndaş kibercinayətkarların qurbanı olub. Onun ABB Tamkart kredit kartından 10 704.83 manat məbləğində kredit silinib (özü də vətəndaşın ABB-yə verdiyi telefon nömrəsi üzrə deyil, onun başqa nömrəsi üzrə). Halbuki, vətəndaş son anda məsələni başa düşərək dərhal ABB ilə əlaqə saxlayıb kartının bloklanmasını istəyib. Sənədlərdən də görünür ki, saat 21:57:52-də bank kartı bloklamış, lakin 30 saniyə sonra, yəni saat 21:58:32-də vəsait silinib. Vətəndaş polisə və ABB-yə müraciətləri heç bir nəticə verməyib. Vətəndaşın özünü təqsirkar çıxarıblar ki, özün məlumatları kibercinayətkarlara vermisən. Halbuki, qeyd etdiyim kimi, vətəndaş son anda banka müraciət edib və kart bloklanıb. Bloklanmış kartdan vəsait necə silinə bilərdi axı?!

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.
“Bu, onun göstəricisidir ki, ABB-nin müvafiq sistemləri bərbad haldadır. Buna görə də təqsirini boynuna almaq istəmir. Nədir-nədir, saytında Standart Şərtlər yerləşdirib və onun müştəri üçün məcburi olduğunu iddia edir. Halbuki, həmin sənədin xeyli müddəası sadəcə məsuliyyətdən yayınmaq alətidir, buna görə də etibarsızdır (Mülki Məcəllənin 419-420-ci maddələrinə əsasən)!Təəssüf ki, məhkəmələrimiz də bu cür işlərdə birmənalı olaraq bankların, xüsusilə iri bankların tərəfini tutur. Bu iş üzrə də Nəsimi rayon məhkəməsi (hakim Ceyhun Tağıyev) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Məhəmməd Rüstəmli) vətəndaşın iddiasını rədd ediblər. Hazırda kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır (sərdlik edən Elşanə Vəliyeva). Bloklanmış kartımızdan da vəsaitlər oğurlana bilərsə, işimizi bilək bizim bank sistemimizlə, xüsusilə ABB kimi bir bankla…” – Ə.Həsənov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:542
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Yanvar 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri