Icma.az
close
up
RU
Beynəlxalq birlik mina probleminin həllinə dəstək verməlidir

Beynəlxalq birlik mina probleminin həllinə dəstək verməlidir

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan inkişaf hüququnun, habelə iqtisadi, sosial və mədəni hüquqlar da daxil olmaqla, insan hüquqlarının qorunması və təşviqinin demokratiyanın, sülhün və rifahın mərkəzində dayandığına inanır. Bu, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin BMT-nin İnsan Hüquqları Şurasının 62-ci sessiyasında ali komissarın illik hesabatı üzrə interaktiv dialoq zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.

Bəyanatda çağırış edilib

Bəyanatda qeyd olunub ki, Cənubi Qafqaz hazırda qarşıdurmadan uzaq və əməkdaşlıq məkanına çevrilmək üçün tarixi bir şans əldə edib. Bunun faydaları artıq ortadadır. Azərbaycan təkcə yaxın qonşuluqda olan ölkələrə deyil, həm də regionun hüdudlarından çox-çox kənara yeni iqtisadi, ticarət və tranzit perspektivləri açıb və təklif edib.  Sənəddə hökumətin əsas prioritetlərindən birinin çoxsaylı məcburi köçkünlərin öz evlərinə qayıtması ilə yanaşı, yenidənqurma və bərpa fəaliyyəti olduğu diqqətə çatdırılıb, geri qayıtmaq və ləyaqətli yaşayış hüququnun mühüm insan hüquqları olduğu bildirilib. Qeyd olunub ki, bu hüquqların reallaşdırılmasına, eləcə də minlərlə itkin düşmüş şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsinə mane olan amil geniş ərazilərdə külli miqdarda mina və partlamamış hərbi sursatların olmasıdır. Beynəlxalq birlik bu məsələyə laqeyd qalmamağa və həmrəylik nümayiş etdirməyə çağırılıb.

Bəyanatda, həmçinin Avropa İttifaqı daxilində etnik və dini azlıqlara təsir edən irqçilik və ayrı-seçkilik, islamofobiyanın artması və böyüyən sosial dözümsüzlük də daxil olmaqla, insan hüquqları sahəsində davam edən problemlərdən narahatlıq ifadə olunub. Bildirilib ki, miqrantlara və sığınacaq axtaran şəxslərə qarşı qeyri-bərabər rəftar, inteqrasiya qarşısındakı maneələr, habelə ləyaqət, müdafiə və hüquqlara bərabər çıxışla bağlı suallar doğuran təcrübələr barədə hesabatlar bizi narahat etməkdə davam edir. İnsan hüquqları ardıcıl şəkildə və ayrı-seçkiliyə yol verilmədən təşviq edilməli, səmərəli beynəlxalq əməkdaşlıq isə qarşılıqlı hörmətə, obyektivliyə və bərabər standartlara əsaslanmalıdır.

Ölkə ərazisinin 13 faizindən çoxu mina ilə çirkləndirilib

Göründüyü kimi, bəyanatda əsas diqqətçəkən məqamlardan biri mina problemi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir. Ermənistan işğalçılıq siyasəti dövründə ərazilərimizə yüzminlərlə mina basdırıb. Respublikamız mina və müharibənin digər partlayıcı qalıqları ilə ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 min 667 kvadratkilometr sahə mina və digər partlayıcı qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1 milyondan çox minanın mövcud olduğu bildirilir. Son 30 il ərzində 3400-dən çox insan minaların və müharibənin partlayıcı qalıqlarının qurbanı olub. Təkcə 2020-ci ilin noyabr ayından bəri aralarında qadın və uşaqların da olduğu 427 şəxs mina partlayışlarının qurbanı olub, onlardan 73-ü həlak olub, 354 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bu rəqəm artmaqda davam edir.

Genişmiqyaslı mina çirklənməsi digər fəsadlarla yanaşı, iqtisadi dirçəliş, yenidənqurma və reabilitasiya səylərinə mane olur, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) tam icrası üçün ciddi maneə törədir. Azərbaycan mina təmizləmə fəaliyyətini dayanıqlı inkişafın mühüm amili kimi təşviq və icra edir, yenidənqurmanı dəstəkləyir, icmaların dayanıqlılığı üçün kritik olan torpaqlara və resurslara çıxışı bərpa edir. Minatəmizləmə səylərinin davamlı və qalıcı inkişafla bağlılığını, eləcə də təmizlənmiş ərazilərin əhalinin rifahına, ölkənin tərəqqisinə və inkişafına mühüm təsirini nəzərə alaraq Azərbaycan humanitar mina təmizləməni rəsmən 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib.

Dünya biganə qalmamalıdır!

Məlumdur ki, müharibə başa çatandan sonra Ermənistan mina xəritələrinin bir hissəsini Azərbaycan tərəfinə təhvil vermişdi. Lakin araşdırmalar nəticəsində məlum oldu ki, erməni tərəfinin təqdim etdiyi xəritələrin cəmi 25 faizi düzgündür. Rəsmi Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin verilməsi ilə bağlı çağırış edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir. Ermənistanın minaları təmas xəttindən kənarda da basdırmasının məqsədi mülki insanların daha çox itki verməsi məqsədi daşıyır. Hazırda azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Həmin ərazilərdə mina qurbanı olanlar da daha çox quruculuq işləri ilə məşğul olan mülki şəxslərdir. Bu fakt bərpa işlərinin daha sürətli aparılmasına ciddi əngəl törədir. Ona görə də, müvafiq beynəlxalq təşkilatlar, bütövlükdə dünya ictimaiyyəti Azərbaycanın çağırışlarına adekvat cavab verməli və bütünlüklə, dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi üçün rəsmi İrəvana təzyiq göstərilməlidir.

Ölkəmiz beynəlxalq ictimaiyyəti mütəmadi olaraq Ermənistanın mina terror barədə məlumatlandırır, müxtəlif platformalar çərçivəsində bu yöndə tədbirlər keçirir. Məqsəd beynəlxalq birliyin diqqətini problemin həllinə yönəltməkdir. Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Bütün bunlarla yanaşı, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyun 2026 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri