Icma.az
close
up
RU
Beynəlxalq Çay Günü Azərbaycanda 4 rayonda çay becərilir FOTOLAR

Beynəlxalq Çay Günü Azərbaycanda 4 rayonda çay becərilir FOTOLAR

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının 21 dekabr 2019-cu ildə qəbul etdiyi qətnamə ilə hər il mayın 21-i Beynəlxalq Çay Günü kimi qeyd edilir.

Çayın vətəni Çin hesab edilir. Çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün faydalı təsirlərinə diqqət yetirib və bu bitkinin becərilməsinə başlayıblar. Çayla bağlı ilkin məlumatlara təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.

Birdəfəlik (paket) çaylar isə 1908-ci ildə ABŞ-də istehsal edilib.

Çay Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 25-ci ilin ilk 4 ayında Azərbaycanda 224.29 ton çay ixrac, 5221.09 ton idxal olub.

2024-cü ildə Azərbaycanda çay plantasiyalarının sahəsi 947,8 hektar olub. Ümumi çay plantasiyalarının 853,9 hektarı və ya 90,1%-i bar verən yaşdadır.

Gununsesi.info – nun məlumatına görə, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, cəmi çay plantasiyalarının 18.0%-i ənənəvi, 24,6%-i intensiv, 57,4%-i isə superintensiv üsulla salınmış plantasiyalardır.

Hazırda ölkəmizdə 4 rayonda çay becərilir

Vüqar Hüseynovun sözlərinə görə, ölkə üzrə çay plantasiyalarının 57,6%-i Lənkəran, 24,5%-i Astara, 11,5%-i Masallı, 6,3%-i isə Zaqatala rayonunun payına düşür.

Ən çox məhsuldarlıq Astarada olub

“Ötən ilin yekunlarına əsasən, ölkəmizdə 1070 ton yaşıl çay yarpağı istehsal ounub. 2024-cü ilin yekunlarına görə çay istehsalı üzrə ən yüksək orta məhsuldarlıq Astara rayonunda qeydə alınıb (26,8 sentner/hektar).

İxrac göstəricilərinə gəldikdə, 2024-cü ildə Azərbaycandan xarici bazarlara 747 ton çay ixrac olunub. Azərbaycandan çay ixracının 44,0%-i Gürcüstanın, 32,4%-i Ukraynanın, 23,6%-i isə digər ölkələrin payına düşüb”.

Azərbaycana çay idxalı isə əsasən, Rusiya, Çin və Hindistandandır.

Yaşıl çaya tələbat azdır

Qara çaydan fərqli olaraq ölkəmizdə yaşıl çaya tələbat daha azdır. Yalnız sağlam həyat tərzinə üstünlük verən insanlar onu faydalı içki kimi qəbul edirlər. Buna baxmayaraq 2024-cü ildə yaşıl çayın idxal həcmi rekord həddə çatıb. Belə ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrdən 1 681,4 min dollar (1 681 360 dollar) həcmində yaşıl çay idxal edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2025-ci ilin ilk 4 ayında ölkədə 3602 ton çay istehsal edilib.

Qaraciyər, böyrək daşı, kəskin mədə xəstəliklərindən, yüksək qan təzyiqindən əziyyət çəkən, qanazlığı olan insanlara çay içmək tövsiyə olunmur.

Gündəlik rasionumuzda çaydan çox istifadə edirik. Bəs çay içməyin orqanizm üçün hansı zərərləri var?

Qida mühəndisi, sağlam qidalanma mütəxəssisi Fərid Səfərov deyir ki, qəbul etdiyimiz hər bir qida kimi çay içmək də norma daxilində olmalıdır.

“Normadan artıq çay (həm qara, həm yaşıl) qəbulu dəmir çatışmazlığı, narahatlıq, stress, yuxu pozulmaları, baş ağrısı, hamiləlikdə problemlər, həzm sistemində problemlər yarada bilir”.

Bəs təbii çayın faydaları nələrdir?

– ürək sağlamlığı üçün faydalıdır.

– bağırsaq sağlamlığını yaxşılaşdırır.

– infarkt riskini azaldır.

– qan şəkərini aşağı salır.

– diqqəti artırır.

Mütəxəssis vurğulayır ki, çayı düzgün şəkildə qəbul etmək də önəmlidir.

Belə ki, çayı acqarnına içmək, çox isti və soyuq içmək, tünd çay içmək, çox dəmlənmiş və dəfələrlə dəmlənmiş, yeməkdən qabaq və yeməkdən dərhal sonra çay içmək sağlamlıq üçün zərərlidir.

Uzunmüddətli və davamlı şəkildə çay içmək asılılıq yaradır, bunun səbəbi tərkibində olan kofeindir

“Bəzən qara çay əvəzinə yaşıl çay içənlər faydalı olduğunu düşünərək daha çox yaşıl çay içirlər, unutmaq olmaz ki, hər ikisi çay bitkisindən alınır və hər ikisini də mütləq normasında qəbul etmək lazımdır. Uzunmüddətli və davamlı şəkildə çay içmək asılılıq yaradır, bunun səbəbi tərkibində olan kofeindir”.

Hazırda satışda saysız-hesabsız çay növləri var. Əksəriyyəti də kəskin qoxuludur.

Mütəxəssis qeyd edir ki, bu onların tərkibindəki ətirləndiricilərə görədir və çay seçərkən qoxusunun az olmasına fikir vermək lazımdır.

Qeyd edək ki, Hindistan, Şri Lanka, Nepal, Vyetnam, İndoneziya, Banqladeş, Keniya, Malavi, Malayziya, Uqanda və Tanzaniya kimi çay istehsal edən ölkələrdə isə 2005-ci ildən etibarən 15 dekabr Beynəlxalq Çay Günü qeyd olunur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 May 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri