Icma.az
close
up
RU
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasını qəbul etmir

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasını qəbul etmir

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2025-ci ilin iyul ayında imzalanmış Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirib.

APA xəbər verir ki, FİD cari ilin 25 iyul tarixində bu razılaşmanın Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tam etibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarını ifadə edib.

Bujival razılaşması nədir?

Qeyd edək ki, Bujival razılaşması 2025-ci ilin 12 iyul tarixində Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya) siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniya dövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur.

Razılaşmaya əsasən, Kanaki sakinləri həm fransız, həm də yeni yaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.

Kanak xalqının öz müqəddəratını təyinetmə hüququ təmin edilməlidir

Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasından əvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərək qeyd edir ki, bu saziş yerli Kanak xalqına özünüidarə və siyasi iştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdə müstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaradıb. Lakin 2024-cü ilin may ayında Fransanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnu tələb edən Kanak xalqı ciddi təzyiqlərə məruz qalıb, bununla yanaşı, 14 mülki şəxs həyatını itirib. Bu faciəli hadisələr və sonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlı sülhün təmin olunmasına, nə də Kanak xalqının öz suverenliyinin tam şəkildə tanınmasına gətirib çıxarmayıb. Beləliklə, dekolonizasiya prosesi hələ də yekunlaşmayıb və tam reallaşmayıb.

FİD xüsusi olaraq Bujival razılaşmasında əks olunan “paylaşılmış suverenlik” nəzəriyyəsinin, habelə “ikili vətəndaşlıq” anlayışının Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək baxımından yetərli olmadığını bir daha vurğulayıb. Kanak xalqının ayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetmə hüququnun həm Fransanın öz Konstitusiyasında, həm də beynəlxalq hüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylı qətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətə çatdırır.

“Əgər razılaşmada dekolonizasiya və azadlığa aparan yolda yeni mərhələ ifadəsi istifadə edilirsə, bu mərhələdə müstəqilliyə tam nail olmaq məqsədilə asılılıq münasibətlərinin qorunub saxlanılması, yalnız institusional tənzimləmələrlə məhdudlaşması qəbuledilməzdir və beynəlxalq hüququn öz müqəddəratını təyinetmə prinsipinlərində zəruri və fundamental xarakter daşıyır. Müdafiə, pul vahidi, təhlükəsizlik, ictimai asayiş, ədliyyə, qanunvericiliyin icrası və büdcə nəzarəti kimi dövlət səlahiyyətlərinin Yeni Kaledoniyaya ötürülməsi yalnız Yeni Kaledoniya konqresində üçdə iki və ya beşdə üç səs çoxluğu ilə qəbul edilmiş qətnamə ilə və yerli əhalinin iştirakı ilə aparılacaq məsləhətləşmələrin yekunlaşmasından sonra mümkün olacaq”, - sənəddə qeyd edilir.

FİD Fransanı beynəlxalq hüququn əsas prinsiplərinə riayət etməyə çağırır

FİD bəyan edir ki, Yeni Kaledoniya müdafiə, təhlükəsizlik və maliyyə siyasəti sahələrində Fransa ilə sıx əməkdaşlıq şəraitində “yaxından iştirak” etsə də, əsas səlahiyyətlərin hələ də Fransa Respublikasının icra orqanları tərəfindən həyata keçirilməsi davam edir. Bu cür intensiv “yaxından iştirak” forması nə qədər sıx əməkdaşlığa əsaslansa da, tam dövlət suverenliyini əvəz etmir. Yeni Kaledoniyanın Fransa Respublikasının milli bütövlüyü çərçivəsində tanınması məhdud muxtariyyət formasında deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət kimi müstəqillik perspektivləri əsasında həyata keçirilməlidir.

FİD qəti şəkildə qeyd edir ki, Yeni Kaledoniyanın statusu Fransa Respublikası daxilində məhdud muxtariyyət çərçivəsində deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət statusunda müəyyən edilməlidir. Kanak xalqının öz müqəddəratını maneəsiz şəkildə, tam şəffaflıq və dürüstlük prinsiplərinə uyğun olaraq həyata keçirməsi beynəlxalq hüququn fundamental normalarından biridir.

Yekun olaraq, Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransanı beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə öz müqəddəratını təyinetmə və müstəmləkəçilikdən azad olma hüquqlarına ciddi şəkildə riayət etməyə çağırır. Sənəddə bir daha qeyd edilir ki, dekolonizasiya prosesinin qətiyyətlə irəli aparılması zəruridir və bu mərhələdə Kanak xalqının Fransa ilə mövcud siyasi münasibətlərindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən tam suveren xalq kimi tanınması təmin edilməlidir.

Beynəlxalq Dekolonizasiya Cəbhəsi - FİD

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2024-cü ilin 17-18 iyul tarixlərində Bakı şəhərində, Bakı Təşəbbüsü Qrupunun dəstəyi və Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) təşkilatçılığı ilə təsis edilib. FİD-in yaradılmasında Fransanın və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən regionlardan olan 17-dən artıq siyasi partiya və müstəqillik hərəkatının nümayəndələrinin iştirak edib.

Bu beynəlxalq qurumun əsas məqsədi müstəmləkəçilik siyasətinə qarşı mübarizəni gücləndirmək, müstəmləkə olunmuş xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq aləmdə tanınması və həyata keçirilməsi istiqamətində müxtəlif ölkə və təşkilatlar arasında birgə əməkdaşlığı inkişaf etdirməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 İyul 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see187

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see155

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see148

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see134

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see134

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see129

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see124

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see122

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see120

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see118

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see118

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see116

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see116

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see115

Krouford Topuriyanın dedikləri barədə: Bu oğlan içkilidir

12 Sentyabr 2025 04:30see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri