Icma.az
close
up
RU
Beynəlxalq dəstək hələ də yoxdur MÖVQE

Beynəlxalq dəstək hələ də yoxdur MÖVQE

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Artıq Azərbaycanın 44 günlük müharibəsində qalib gəlməsinə baxmayaraq, çox təəssüf ki, bu gün də Azərbaycanda mina qurbanlarının sayı artır. Demək olar ki, elə bir ay yoxdur ki, hətta bəzən bir həftə-10 gün olmasın ki, Azərbaycanda kimsə mina qurbanına çevrilməsin". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Ən yaxşı halda bədənin hər hansı bir hissəsi xəsarət alır, ən pis halda isə mina partlayışı insanın həyatına son qoyur. Bu bizə göstərir ki, çox təəssüf ki, Ermənistan Azərbaycana mina xəritələrini düzgün vermədi və Azərbaycana verilən xəritələr əslində aldadıcı oldu.

Bundan əlavə, çox təəssüf ki, Ermənistan 30 il boyunca Azərbaycanda həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq, son anda da 44 günlük müharibə prosesində kaotik sürətlə bütün beynəlxalq qanunlara zidd hərəkətlər edib. İnsanlığa zidd olaraq minalar necə gəldi basdırılıb və məğlubiyyətlərini artırmaq məqsədilə bu gün də Azərbaycanın ərazilərinə zərər verir.

Azərbaycan dövlət olaraq bütün var gücü ilə bu prosesləri sürətlə həyata keçirməyə çalışır. Amma bu gün bütün dünyada mina təmizləmə prosesi ağır bir işdir. Hətta deyə bilərəm ki, 1941-1945-ci il faşistlər qalib gəldikdən sonra da müharibə zamanı istifadə edilən ərazilərdə hələ də o dövrün minaları və silah-sursatları torpaq altından çıxırdı.
Azərbaycan çalışır ki, bunu sürətli şəkildə həyata keçirsin və bu çox bahalı və ağır bir prosesdir. Çox təəssüf ki, Azərbaycan hələlik bunu tək həyata keçirir. Baxmayaraq ki, mina məsələsi beynəlxalq konvensiyalarla tənzimlənir və beynəlxalq təşkilatlar, böyük dövlətlər buna dəstək verməlidir, çox təəssüf ki, biz Azərbaycan üçün bu dəstəyi görmədik və görmürük.

Azərbaycan var gücü ilə bunu sürətlə həyata keçirməyə çalışır. Məhz buna görə də azad olunmuş ərazilərə gedənlərə xəbərdarlıq olunur ki, ehtiyatlı olsunlar. Sözün həqiqi mənasında iş çox çətindir; meşənin müəyyən sahəsində erməni işğalçıları mina basdırıb-basdırmaması tam təminat vermir. Bu proses hələ davam edir və insanların diqqətli olması vacibdir. Ermənistanın əgər əlində mina xəritəsi varsa, bu mina zonalarının düzgün xəritələrinin Azərbaycana verilməsi prosesi sürətli və təhlükəsiz şəkildə həyata keçirmək üçün vacibdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri