Icma.az
close
up
RU
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını RƏDD ETDİ

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını RƏDD ETDİ

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

25 aprel 2025-ci il tarixində Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilən cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib:

"Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin, eləcə də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.

Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir.

Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri