Icma.az
close
up
RU
Beynəlxalq Ədalət Məhkəməsi İsrail ilə bağlı dinləmələr keçirir

Beynəlxalq Ədalət Məhkəməsi İsrail ilə bağlı dinləmələr keçirir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qəzzaya humanitar yardım çatdırmaqda İsrailin məsuliyyətini araşdırmaq üçün dinləmələrə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail martın 2-dən Qəzzaya humanitar yardımın daxil olmasına icazə vermir. Bu qərarın səbəbi girovları azad etmək üçün HƏMAS-a təzyiq göstərməkdir.

Lakin Birləşmiş Millətlər Təşkilatı və yardım agentlikləri Qəzzada əsas ehtiyacların tükəndiyini bildirir. İsrail bu ittihamları rədd edir.

Niderlandın Haaqa şəhərindəki Sülh Sarayında başlayan danışıqlar həftə boyu davam edəcək.

Haaqa Beynəlxalq Məhkəməsi, Türkiyə də daxil olmaqla 40-a yaxın ölkənin dəstəyi ilə İsrailin Fələstinli mülki şəxslərə təcili humanitar yardım göstərməklə bağlı qanuni öhdəliklərini gündəmə gətirib.Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur məhkəmə qarşısında emosional çıxış edib.

İsrailin Qəzza xalqının həyatda qalmasını qeyri-mümkün etdiyini, ölüm və köç arasında ilişib qaldığını deyən Mənsur, "Fələstinli olmaq bu gün heç vaxt bu qədər ağrılı olmamışdı" deyib.

Fələstinin digər nümayəndəsi Əmmar Hicazi isə İsraili “soyqırım kampaniyası” həyata keçirməkdə ittiham edib.İsrail dinləmələrə qatılmamaq qərarına gəlib. Xarici işlər naziri Gideon Saar prosesi “siyasi sirk” kimi qiymətləndirib. Lakin İsrail məhkəməyə 37 səhifəlik yazılı müdafiə təqdim edib.

Sənəddə BMT-nin UNRWA yardım agentliyinin HƏMAS ilə əlaqəsi olduğu iddia edilir. Bu səbəbdən İsrail UNRWA ilə bütün əlaqələrini kəsib.

Beynəlxalq Ədalət Məhkəməsi məcburi deyil, məsləhət xarakterli qərar verəcək. Lakin bu qərar bütün dünyada İsrailə hüquqi və siyasi təzyiqləri artıra bilər. Məhkəmənin rəy verməsi bir neçə ay çəkə bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri