Beynəlxalq Ədalət Məhkəməsi İsrailin öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Ədalət Məhkəməsi aprelin 28-də İsrailin işğal olunmuş Fələstin əraziləri qarşısında öhdəlikləri ilə bağlı dinləmələrə başlayacaq.
APA xəbər verir ki, bununla bağlı sənəd məhkəmənin saytında dərc olunub.
"Məhkəmə 28 aprel 2025-ci il bazar ertəsi günü Haaqadakı Sülh Sarayında açıq dinləmələr keçirəcək", - sənəddə deyilir.
Dinləmələrdə BMT-nin, digər beynəlxalq təşkilatların və üçüncü dövlətlərin işğal olunmuş Fələstin ərazisində mövcudluğu və fəaliyyəti ilə bağlı məsələ qaldırılacaq.
Mətndə vurğulanır ki, məhkəmə bir neçə ölkədən və beynəlxalq təşkilatdan ümumilikdə 45 yazılı ifadə alıb.
Sənəddə həmçinin Rusiyanın müvafiq ərizə verən ilk ölkələrdən olduğu qeyd olunub.
Baxış sayı:110
Bu xəbər 13 Mart 2025 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















