Icma.az
close
up
RU
Beynəlxalq əməkdaşlığa töhfə ŞƏRH

Beynəlxalq əməkdaşlığa töhfə ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azad Qarabağ növbəti dəfə Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırdı. Qeyd edək ki, Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak etdi. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirib. Təbii ki, bu, Forumun əhəmiyyətini təsdiqləyən əsas göstəricilərdən biridir. Forumun hər il seçilən mövzuları qlobal informasiya gündəmini müəyyənləşdirən ən aktual məsələləri əhatə etməklə yanaşı, müasir medianın inkişaf istiqamətlərini və onun qarşısında duran əsas çağırışları əks etdirir.

Dövlət başçısı İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında günümüzün əsas çağırışlarını bir daha diqqətə çatdıraraq onların həyata keçirilməsi istiqamətində görülən və görüləşək işlərdən, qlobal problemlərin həllində birgə səylərin vacibliyindən, ədalət və beynəlxalq hüquq prinsiplərinin qorunmasından, sülh quruculuğu prosesindən və sair kimi məsələlərdən geniş bəhs etdi. Cənab İlham Əliyevin elə bir çıxışı yoxdur ki, artıq tarixə qovuşan Qarabağ münaqişəsindən, 30 illik işğal dövrünün reallıqlarından, tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından, onların yaratdığı yeniliklərdən bəhs etməsin. Reallıq budur ki, artıq bir ilə yaxındır sülh şəraitində yaşayırıq. Tarixi Zəfərimizdən sonra Azərbaycan regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək üçün Ermənistana sülh təklifini etdi və buna nail olmaq üçün bütün zəruri addımları atdı, üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar zamanı bütün bu addımların yekunu olaraq sülh razılaşmasının əldə edilməsi tariximizə uğurlu səhifə kimi yazıldı. Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda son bir ilin reallıqları fonunda bu qürurverici məqamları xüsusi diqqətə çatdırdı.

Prezident Donald Trampın sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir lider olduğunu xüsusi vurğulayan cənab İlham Əliyev bildirdi ki, bəli, ABŞ Prezidentinin bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi və bu fərq bu gün də özünü göstərir. Təəssüf ki, təxminən 30 il davam etmiş işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in ozamankı Minsk qrupunun digər həmsədrləri ilə birlikdə, BMT Təhlükəsizlik Şurasının özlərinin də qəbul etdiyi qətnamələr əsasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə, münaqişənin dondurulması siyasətini yürüdürdülər. Onların əsas məqsədi münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onlar tam sinxron şəkildə fəaliyyət göstərirdi və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi. Bizim məsələdə Prezident Donald Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Donald Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu.

Dövlətimizin başçısı İlham Əliyev onu da vurğuladı ki, Prezident Donald Tramp mənim iştirakımla məhdudiyyətlərin və sanksiyaların tətbiqini müvəqqəti dayandıran sənədi imzaladı. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Eyni zamanda, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması məqsədilə Birgə İşçi Qrupunun yaradılmasını nəzərdə tutan sənədi də imzaladıq.Məhz altı ay ərzində bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiqliklə əməl edirdilər. Beləliklə, avqust ayından fevral ayınadək bütün proses uğurla tamamlandı və daha sonra Vitse-prezident Vens Bakıya səfər etdi. Həmin səfər zamanı biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq: “Bu, həqiqətən də heyrətamiz idi. Buna inanmaq çətin idi. Bu, uzun illər yalnız arzulaya biləcəyimiz bir hadisə idi. Biz hər zaman Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, mövcud stereotiplər, Azərbaycan barədə yanlış təsəvvürlər və ölkəmizin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi buna mane olurdu”.

Prezident Donald Tramp tamamilə fərqli baxışlara malikdir. O, sülhü arzulayır və sülhü yeni imkanlar yaradan bir amil kimi görür. Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. TRIPP layihəsi regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın sülh təcrübəsini əsaslı şəkildə diqqətə çatdırdı. Atılan bütün addımların əsasında təbbi ki, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz dayandı. Heş vaxt torpaqlarımızın işğalı ilə barışmadıq. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə imkanlarını dünyaya təqdim etdi. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Dövlət başçısı İlham Əliyev Forumda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs etdi.

2023-cü ildən başlayaraq Şuşa Qlobal Media Forumu tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqların dünyaya təqdimatında əhəmiyyətli rol oynayır. Builki Forumda sülhün təşviqində medianın missiyasına xüsusi diqqət yönəldildi, etimad mühitinin bərpasının və qorunmasının vacibliyi geniş təhlil olundu. Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə dialoqa, beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini və bunu töhfələri ilə təsdiqlədiyini nümayiş etdirir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see303

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see298

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see247

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see245

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see242

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see240

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see228

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see226

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see221

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see217

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see212

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see207

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see200

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see199

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see194

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see188

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see187

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see170

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri