Icma.az
close
up
RU
Beynəlxalq hüquq və ədalət prinsipləri

Beynəlxalq hüquq və ədalət prinsipləri

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısı sülh sazişinin layihəsi barədə də vacib məqamları bəyan edib”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Eyni zamanda, dövlətimizin başçısı dünyada qütbləşmə, Ukrayna, Gürcüstanda baş verən hadisələrlə bağlı mövqeyini ifadə edib. Bütün bunların fonunda Azərbaycan beynəlxalq müstəvidə müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da müəyyən Qərb dairələrində qıcıqla qarşılanır. Ona görə də, ABŞ, Fransa kimi ölkələr Azərbacana qarşı qərəzli kampaniyalar aparırlar. Biz bunun nümunəsini COP29 ərəfəsində də gördük. Lakin onların bu cəhdi də uğursuz oldu. Azərbaycan bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etdi. Həmçinin, COP29-da qlobal iqlim dəyişiklikləri ilə mübarizədə vacib qərarlar qəbul olundu.
Lakin Qərb ölkələri qərəzli kampaniyalarla kifayətlənməyərək, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Fransa, ABŞ tərəfindən Ermənistanın silahlandırılması bunun göstəricisidir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.
Millət vəkilinin sözlərinə görə, Ermənistan sülh istəyirsə, Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır. Nəzərə alaq ki, sülh sazişi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan geri durmaqdır. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi fikirlərdən aydın olur ki, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. Lakin sonradan bu missiyanın sayı və müddəti artırıldı. Görünən odur ki, bu missiya sərhədlərimizdə kəşfiyyatla məşğuldur.
“Bütövlükdə, cənab Prezidentin müsahibəsi çox əhatəlidir. Burada beynəlxalq birlik üçün də ciddi mesajlar var. o cümlədən, Ermənistan bu mesajlardan nəticə çıxarmalıdır”,-deyə Fatma Yıldırım vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri