Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Beynəlxalq ictimaiyyət çağırışlarımıza cavab vermir Ombudsman

Beynəlxalq ictimaiyyət çağırışlarımıza cavab vermir Ombudsman

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Globalinfo.az ombudsmanla müsahibəni təqdim edir:

– Səbinə xanım, Ombudsman Aparatı Xocalı soyqırımına beynəlxalq müstəvidə ədalətli qiymət verilməsi, erməni terrorçu dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğının soyqırımı kimi tanınması üçün hansı addımları atıb?

– Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına hər il tərəfimizdən bəyanat ünvanlanır. Bu bəyanatlarda beynəlxalq təşkilatlar, ümumilikdə dünya ictimaiyyəti XX əsrin vəhşiliklərlə müşayiət olunan ən ağır cinayət əməllərindən biri sayılan Xocalı soyqırımına hüquqi qiymətin verilməsinə çağırılır, insanlıq əleyhinə yönəlmiş bu dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab verməsinin əhəmiyyəti qeyd olunur.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsi Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə həyata keçirdiyi, beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqların kobud şəkildə pozulması ilə nəticələnən etnik təmizləmə siyasətinin sübutudur. Biz Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatları iştirak etdiyimiz beynəlxalq tədbirlərdə, habelə xarici nümayəndələrlə görüşlərimizdə daim xüsusi olaraq vurğulayırıq.

Yeri gəlmişkən, bildirmək istərdim ki, ötən günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil olunmuş anım tədbirində iştirak etmişik. Bu anım tədbirində də Xocalı soyqırımı, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı dəqiq məlumatın hələ də əldə olunmadığı qeyd edilib, bu faciəyə tam ədalətli qiymət verilməsinin və cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyi vurğulanıb.

– Xocalı soyqırımından 33 il ötür. Sizcə, beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri Xocalı soyqırımını niyə tanımır? Onların bu mövqeyini necə qiymətləndirirsiniz?

– Ermənistanın sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlər, azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə və deportasiyalar törətdiyinə dair yetəri qədər sübutlar var. Daha əvvəl də qeyd etdiyim kimi, bu faktlarla əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara hesabatlar, müraciətlər ünvanlanmış, bəyanatlar yayımlanıb. Bütün bu faktların mövcudluğuna baxmayaraq, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı dövlətləri tərəfindən həmin cinayətlərə göz yumulmasının, hələ də adekvat reaksiya verilməməsinin əsas səbəbi ölkəmizə qarşı tətbiq olunan ikili standartlardır.

Belə yanaşmanın nümayiş etdirilməsi həmin cinayətləri törətmiş şəxslərin cəzasız qalmasına səbəb olur və nəticədə bu cür hadisələrin yenidən təkrarlanmasına zəmin yaradır. Buna görə də sülhə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin cəzasızlığına son qoyulması, bu cür hadisələrin bir daha törədilməyəcəyinə təminat verilməsi və vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi yönündə Azərbaycan tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən işlərə beynəlxalq ictimaiyyətin dəstək göstərməsi, eləcə də bu məsələ üzrə əməkdaşlığın yaradılması mühüm əhəmiyyət kəsb edir.

Onu da qeyd etməliyəm ki, bu kütləvi qırğının baş vermə səbəbi azərbaycanlı olduqları üçün bu ərazilərdə yaşayan insanların tamamilə məhv olunması idi. Xocalı soyqırımı törədilən zaman “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq hüquqları haqqında” konvensiyaların, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə, ayrı-seçkiliyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulub. Beynəlxalq hüquqda soyqırımı aktının törədilməsi qadağan edilir və ən ağır cinayətlərdən hesab olunur. Xocalıda törədilmiş cinayətin miqyası onu deməyə əsas verir ki, bu hadisələr zamanı beynəlxalq sənədlərdə öz əksini tapmış soyqırımı cinayətini təşkil edən bütün hərəkətlər baş verib.

Mən bir daha bütün dünya ictimaiyyətini Xocalı soyqırımı zamanı törədilmiş cinayət əməllərini məhz soyqırımı kimi tanıyaraq siyasi və hüquqi qiymətin verilməsi üçün bütün imkanlarını səfərbər etməyə və bu istiqamətdə ölkəmizə dəstək göstərməyə çağırıram. Yalnız bu halda biz günahsız insanların kobudluqla pozulmuş hüquqlarının bərpasına nail ola bilərik.

– Xocalı soyqırımı zamanı itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsi ilə bağlı Ombudsman Aparatı tərəfindən nə kimi tədbirlər görülüb?

– Təkcə Xocalı soyqırımı zamanı deyil, ümumilikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların talelərinin müəyyənləşdirilməsi, soydaşlarımızın hüquqlarının bərpası istiqamətində Ermənistana lazımi müqavimətin göstərilməsi üçün beynəlxalq təşkilatlar vasitəsilə müxtəlif formalarda və üsullarla dəfələrlə müraciətlər və çağırışlar edilib. Lakin bütün bu çağırışlar cavabsız qalıb, bu məsələ barədə İnsan Hüquqları üzrə Müvəkkil olaraq reaksiya ala bilməmişəm.

Ombudsman təsisatı itkin düşmüş soydaşlarımızla bağlı məlumatların toplanması və sənədləşdirilməsi ilə bağlı işlər görür. Bu məlumatlar əsasında hesabatlar hazırlanır və beynəlxalq ictimaiyyətə təqdim edilir ki, bu da məsələnin qlobal səviyyədə tanınmasına və həllinə töhfə verir. Belə ki, tərəfimdən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabat hazırlanaraq, aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb. Bu hesabatın hazırlanmasında əsas məqsəd 4000-ə yaxın itkin düşmüş azərbaycanlının indiyədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsindən ibarətdir. Hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı yerli və beynəlxalq qurumlarla əməkdaşlıqda əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, mən və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda öz əksini tapıb.

Bundan əlavə, Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən Xocalı soyqırımının ildönümlərində anım tədbirləri təşkil edilir. Bu tədbirlər vasitəsilə həm faciənin qurbanlarının xatirəsi yad edilir, həm də itkin düşmüş şəxslərin taleyinin unudulmaması və onların hüquqlarının müdafiəsi məsələsi gündəmdə saxlanılır.

Ümumilikdə, Ombudsman Aparatının fəaliyyəti Birinci Qarabağ müharibəsi zamanı və sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların ailələrinə dəstək göstərilməsi və bu məsələnin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması istiqamətində mühüm rol oynayır.

– Xocalı qətliamı ilə bağlı araşdırmalar necə aparılır? Cavabdeh ölkə kimi Ermənistanın prosesə cəlb edilməsi təmin edilə bilərmi?

– Xocalı soyqırımı ilə bağlı araşdırmalar zamanı ilkin olaraq hadisə şahidlərinin ifadələri toplanır, qətliam zamanı törədilən cinayətlər foto və videomateriallarla sənədləşdirilir. Həmçinin Xocalı qətliamının beynəlxalq hüquq çərçivəsində soyqırımı aktı kimi tanınması üçün Ombudsman təsisatı və digər dövlət qurumları tərəfindən hüquqi əsaslar hazırlanır və beynəlxalq təşkilatlara mütəmadi olaraq hesabatlar və müraciətlər təqdim edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri