Icma.az
close
up
RU
Beynəlxalq Kişilər Günü: Bu gün onları tənqid etməyək...

Beynəlxalq Kişilər Günü: Bu gün onları tənqid etməyək...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Hər il 19 noyabrda dünyanın bir çox ölkəsində Beynəlxalq Kişilər Günü qeyd olunur.

1999-cu ildə Trinidad və Tobaqoda başlanmış,  sonradan BMT daxil olmaqla nüfuzlu beynəlxalq qurumların dəstəyi ilə genişlənmiş bu günün əsas məqsədi kişilərin cəmiyyətə verdiyi müsbət töhfələri dəyərləndirmək, gender bərabərliyi mövzusunda məlumatlılığı artırmaq və kişilərin sağlamlığına diqqət çəkməkdir. Bu gün  ailədə, iş mühitində və sosial həyatda kişilərin rolunun daha obyektiv qiymətləndirilməsinə, onların üzləşdiyi sosial və psixoloji çətinliklərin gündəmə gətirilməsinə xidmət edir.

Bəs Azərbaycan cəmiyyətində son illərdə kişilərin rolu necə dəyişib? Kişilərin ailə və cəmiyyət həyatında üzərinə qoyulan sosial gözləntilər onların davranışlarına təsir edir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamaında sosioloq, pedaqoq Mail Yaqub bildirib ki, Azərbaycan kişilərinin cəmiyyətdəki rolunu yalnız tənqid çərçivəsində qiymətləndirmək doğru deyil:

“Nə qədər Azərbaycan kişisini tənqid etsək də, mən yenə də o fikirdəyəm ki, Azərbaycan kişisi fədakardır, cəsurdur, cəsarətlidir, vətənini, millətini və dövlətini sevir. O, lazım gəldikdə canını bu torpaq uğrunda qurban verməyə hazırdır.  Qarabağ savaşında bunun canlı şahidi olduq. Qəhrəman oğullarımız canlarını fəda etdilər. Bu fədakarlığın qarşısında Azərbaycan kişisini büsbütün tənqid etmək və onda heç bir müsbət cəhət görməmək insafsızlıq və ədalətsizlikdir”.

Sosioloq qeyd edib ki, kişilərlə bağlı müəyyən problemlər də mövcuddur:

“Təbii ki, problemlər də var. Bəzi kişilərimizdə ailəyə qarşı diqqətsizlik var. Bu, hamımızı incidir. Bəzi kişilərimizdə tənbəllik var, həmçinin yeniliyə açıq deyillər. Hələ də köhnə adətləri və həyata baxışlarını unuda bilmirlər. Bəli, bu problemlərdir. Amma şübhəsiz ki, Azərbaycan kişilərinin yüksək dəyərə sahib olduğunun fərqindəyəm və buna inanıram. İnanıram ki, bizim kişilərimiz ailəcanlıdır, ata olduqları zaman övladlarına və həyat yoldaşlarına qarşı qayğıkeşdirlər. Təbii ki, istisnalar da var. Amma həmin istisnaların aradan qalxması üçün birlikdə çalışmalıyıq”.

Mail Yaqub əlavə edib ki,  pedaqoq olaraq bu problemlərin aradan qalxması üçün üzərinə düşəni edir:

“Amma bütün bu çatışmazlıqların yanında dediyim kimi, innovativ, savadlı, cəsarətli, fədakar, yenilikçi, vətəni üçün canından keçməyə hazır olan kişilərimiz də çoxdur. Ona görə də mən Azərbaycan kişisinin cəmiyyətdəki rolunu yüksək qiymətləndirirəm. Hərçənd problemləri görürəm və onların aradan qalxması üçün özüm də bir müəllim kimi çalışıram. Çıxışlarımla, yazılarımla, təlimlərimlə bu problemlərin aradan qalxması üçün əlimdən gələni edirəm”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see356

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see212

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see194

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see187

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see160

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see135

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see134

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri