Icma.az
close
up
RU
Beynəlxalq media Türkiyədə zəlzələ sonrası bərpa işlərini izləyəcək

Beynəlxalq media Türkiyədə zəlzələ sonrası bərpa işlərini izləyəcək

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

6 fevral 2023-cü il zəlzələlərinin üçüncü ildönümü münasibətilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu beynəlxalq media nümayəndələri üçün xüsusi media proqramı təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir məlumat verib.

O qeyd edib ki, proqram çərçivəsində müxtəlif ölkələrdən olan jurnalistlər zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcəklər.

Onun sözlərinə görə, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Misir və Azərbaycandan olmaqla 11 ölkədən 32 beynəlxalq jurnalist iştirak edir. Proqrama dəvət olunan media nümayəndələri 6 fevral zəlzələlərindən sonra fəlakət bölgəsinə gələrək hadisələri yerində işıqlandırmış jurnalistlər arasından seçilib. Bu isə onlara üç il əvvəl böyük dağıntılara məruz qalan şəhərlərdə bugünkü vəziyyəti müşahidə etməyə və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan yaradır.

Bildirilib ki, 4–6 fevral 2026-cı il tarixlərində keçiriləcək beynəlxalq media proqramı Hatay, Kahramanmaraş və Osmaniye şəhərlərini əhatə edəcək. Proqram zamanı zəlzələdən zərər çəkmiş ərazilərdə tamamlanan daimi yaşayış binaları, ehtiyat yaşayış zonaları, şəhər mərkəzlərində aparılan abadlıq və imar işləri beynəlxalq mediaya yerində təqdim olunacaq.

Səfər çərçivəsində Hatayda Sent Pyer Kilsəsi Anıt Muzeyi, Habib-i Neccar məscidi, Hatay Tarixi Məclis Binası və Qurtuluş küçəsi, Kahramanmaraşda isə Arxeologiya Muzeyi, Qapalı Çarşı və Ulu məscid kimi zəlzələdə zərər görmüş və sonradan bərpa edilən mühüm tarixi-mədəni məkanlara baxış keçiriləcək. Ziyarətlər vasitəsilə mədəni irs obyektlərinin yenidən şəhər həyatına və sosial mühitə necə qaytarıldığı nümayiş etdiriləcək.

Alptekin Cihangir İşbilir qeyd edib ki, proqram çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq media nümayəndələri ilə görüşəcək. Proqramın Osmaniye mərhələsində isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələnin ildönümü münasibətilə keçirəcəyi tədbir və çıxışlar jurnalistlər tərəfindən izləniləcək.

O da vurğulanıb ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 2024-cü ildən bu günədək təşkil olunan media proqramları vasitəsilə 26 ölkədən ümumilikdə 334 jurnalist zəlzələdən sonra aparılan bərpa və yenidənqurma işlərini yerində izləmək imkanı əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri