Beynəlxalq Miqrant Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə 18 dekabr - Beynəlxalq Miqrant Günü münasibətilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Troy Duli, Məşvərət şurasının, İctimai şuranın və Miqrant şurasının üzvləri, ölkədə müvafiq əsaslarla yaşayan, əmək fəaliyyətilə məşğul olan, təhsil alan əcnəbilər və gənclər iştirak ediblər.
Aksiya zamanı 800-dən çox zeytun və şam ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 18 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















