Icma.az
close
up
RU
Beynəlxalq Miqrasiya Təşkilatı Liviyada miqrantların vəziyyətindən narahatdır

Beynəlxalq Miqrasiya Təşkilatı Liviyada miqrantların vəziyyətindən narahatdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 25 oktyabr, AZƏRTAC

Biz mütəmadi olaraq oğurlanmış, girov saxlanılmış, zorakılıq və təcavüzə məruz qalmış miqrantlardan ifadələr alırıq. Liviyada olan miqrantlar Şimali Afrika regionunda ciddi çətinliklərlə üzləşirlər.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Emi Poup bildirib.

O, əlavə edib ki, Liviyadan Avropaya keçən marşrut digər yollar arasında miqrantlar üçün ən çətinidir.

Liviya hakimiyyət orqanlarının qiymətləndirmələrinə görə, ölkəyə qanunsuz şəkildə daxil olmuş insanların sayı təxminən dörd milyon nəfərdir. Qaçaqmalçılar və insan alverçiləri 2011-ci ildə Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra ölkədə yaranan qeyri-sabitlikdən faydalanaraq öz fəaliyyətlərini və gizli şəbəkələrini genişləndiriblər.

Miqrantlar Avropaya dəniz vasitəsilə çatmaq məqsədilə Asiyadan, su və quru yollarla Liviyaya gəlirlər. Miqrantları daşıyan qayıqların batması hadisələrin bir hissəsi də Liviya sahilləri yaxınlığında baş verir. Eyni zamanda, Somali, Eritreya və 2023-cü ilin aprel ayının ortalarından bəri müharibə gedən Sudandan gələnlərin sayı da artıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustda açıqladığı məlumatlara əsasən, həmin tarixdən bəri 357 mindən çox sudanlı qaçqın Liviyaya gəlib.

Avropaya keçid yollarından biri sayılan Tunisdə, xüsusən də Safaqis bölgəsində vəziyyət gərgindir. Poupun sözlərinə görə, orada miqrantların sayı yardım göstərilə bilənlərin sayından xeyli çoxdur və minlərlə insan müvəqqəti düşərgələrdə cəmlənib.

Poup Cənub ölkələri arasında əməkdaşlığa, inkişafyönümlü yanaşmalara, eləcə də qanuni və təhlükəsiz miqrasiyaya əsaslanan daha əhatəli həllərin vacibliyini vurğulayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri