Icma.az
close
up
RU
“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda fikir mübadiləsi aparılıb AZƏRTAC

“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda fikir mübadiləsi aparılıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda yüksəksəviyyəli panel keçirilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyasında beynəlxalq ekspertlərin iştirakı ilə PISA kimi qiymətləndirmələrin şagirdlərdə ətraf mühit savadlılığının artırılmasındakı rolu ətraflı müzakirə edilib.

Sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib.

Andreas Şleyxer bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problem həlletmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını hədəfləyir.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır. Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq.

Panel sessiyası Elm və Təhsil Nazirliyi ilə OECD arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşmanın imzalanması ilə yekunlaşıb.

Razılaşma qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım olaraq qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see178

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see155

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see125

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see120

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see120

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see119

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri