Icma.az
close
up
RU
Beynəlxalq Rəqəmsal Təlim Günü

Beynəlxalq Rəqəmsal Təlim Günü

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 19 mart, AZƏRTAC

Rəqəmsal təlim təhsilə çıxışı genişləndirməyə, onun nəticələrini yaxşılaşdırmağa və bütün yaş qruplarından olan şagirdləri XXI əsrin mürəkkəb problemlərinin həlli üçün lazım olan bacarıqlarla təchiz etməyə kömək edə bilər. Bu, həmçinin inklüzivliyin yaxşılaşdırılmasına və təhsilə çıxışın təmin edilməsinə, xüsusən də münaqişə və fövqəladə hallardan təsirlənən insanlara kömək edə bilər. Bundan əlavə, rəqəmsal bacarıqlar və media savadlılığı getdikcə fundamental təlimin əsas komponentinə çevrilir və fərdlər bu amil olmadan sosial, vətəndaş və iqtisadi həyatda effektiv və məsuliyyətli şəkildə iştirak edə bilməzlər. Rəqəmsal təlimin əhəmiyyətini qəbul edən UNESCO-nun üzv dövlətləri martın 19-nu Beynəlxalq Rəqəmsal Təlim Günü elan ediblər. Bu gün ilk dəfə 2024-cü ildə qeyd olunub.

AZƏRTAC-ın xəbər verir ki, UNESCO-ya üzv dövlətlər tərəfindən 2024-cü ildə elan edilən Beynəlxalq Rəqəmsal Təlim Günü qazanılan nailiyyətləri qeyd etmək, məktəblərin, müəllimlərin, şagirdlərin və onların ailələrinin milli və beynəlxalq məqsədlərə uyğun olaraq təhsilin keyfiyyətini artırmaq üçün rəqəmsal texnologiyalardan necə istifadə etdikləri barədə məlumat mübadiləsi aparmaq, eyni zamanda, bu texnologiyaların yaratdığı əhəmiyyətli riskləri və çətinlikləri azaltmaq üçün tədbirlər görmək imkanı yaradır. UNESCO süni intellekt (AI) də daxil olmaqla, təhsildə rəqəmsal texnologiyaların təhlükəsiz və effektiv istifadəsini təmin etmək üçün strategiyalar, planlar və qaydalar hazırlamaqda dövlətlərlə sıx əməkdaşlıq edir.

Beynəlxalq Rəqəmsal Təlim Günü təhsil sektoru üçün inkişaf istiqamətlərini müəyyən etmək, standartlar yaratmaq və rəqəmsal təlimdə ən yaxşı təcrübələri bölüşmək üçün bir fürsətdir.

Eyni zamanda, rəqəmsal uçurum səbəbindən bir çox tələbə hələ də rəqəmsal texnologiyalardan faydalanmaq üzrə davamlı maneələrlə üzləşir və bu məsələ həll edilməlidir. Rəqəmsal texnologiyalar fərdlərin hərtərəfli inkişafına xidmət etməli, habelə cəmiyyətlərin inklüziv və davamlı inkişafını formalaşdırmalıdır. 2022-ci ildə keçirilən Təhsilin Transformasiyası Sammitində Birləşmiş Millətlər Təşkilatı rəqəmsal təlimi prioritet elan edib.

Bu il Beynəlxalq Rəqəmsal Təlim Günü dövlət təhsilinin rəqəmsal gələcəyinin formalaşdırılmasına həsr olunub. Bu mövzunun əsasını fundamental bir sual təşkil edir: onlayn dövlət təhsilini dəstəkləmək üçün rəqəmsal məkanlar və resurslar mövcuddurmu? Cavab çox vaxt “xeyr” olur. Bir çox ölkədə və bölgədə şagirdlər, müəllimlər və valideynlər öyrənmə və tədris üçün etibarlı rəqəmsal resursları haradan tapacaqlarını bilmirlər.

Eyni zamanda, həm yüksək, həm də aşağı gəlirli ölkələrdə getdikcə daha çox təhsil sistemi rəqəmsal dövlət təhsil mühitlərinin inkişafına investisiyalarını artırır. Bu investisiyalar birbaşa məktəblərdə müəllimlər tərəfindən görülən vacib işləri tamamlayır və zənginləşdirir.

2026-cı ildə Beynəlxalq Rəqəmsal Təlim Günü ölkələrdə, əyalətlərdə və rayonlarda dövlət təhsilini gücləndirmək və onun nəticələrini yaxşılaşdırmaq üçün rəqəmsal ictimai sahələri harada və necə yaratmaq, onlardan istifadəni nümayiş etdirmək məqsədi daşıyır.

Bu ilin mövzusuna uyğun olaraq, UNESCO UNICEF və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birlikdə bu beynəlxalq gündə İctimai Rəqəmsal Təlim Platformaları Xartiyasını təqdim edəcək. UNESCO-UNICEF-BTİ Xartiyası hökumətlərə bu cür platformaların dizaynına, idarə olunmasına və davamlı təkmilləşdirilməsinə rəhbərlik etməyə kömək etmək üçün normativ təlimatı təmin edir.

UNESCO hər kəsi bu beynəlxalq günü qeyd etməyə, məktəblərin əyani təhsil və sosial inkişaf üçün vacib məkanlar kimi əsas rolunu qoruyub saxlayaraq rəqəmsal təlim mühitlərinin inkişaf etdirilməsi səylərini dəstəkləməyə çağırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Mart 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri