Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir

Beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ictimaiyyəti ilə yanaşı, bütün dünyanı maraqlandıran məsələlərə toxundu. Müsahibədə Azərbaycanın daxili işlərindən tutmuş, xarici əlaqələri, gələcək planları, qonşu ölkələrlə münasibətlər, dünya ölkələrindəki proseslər və sair mövzular əhatə olundu. Müsahibənin əvvəlində dövlətimizin başçısı 2024-cü ilin sosial-iqtisadi yekunları barədə danışıb. Prezident İlham Əliyev ötən ilin iqtisadi inkişaf baxımından yenə də uğurlu il olduğunu qeyd edib. Belə ki, ötən ilin iqtisadi göstəriciləri bunu əyani sübutudur. 2024-cü ildə ümumi daxili məhsul 4 faizdən çox artıb, valyuta ehtiyatlarımız 72 milyard dollara çatıb. Eyni zamanda, xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir, bu isə o deməkdir ki, sözügedən aspektdən ölkəmiz qlobal planda dünya liderləri arasındadır. Xarici borcun ÜDM-nin 10 faizinədək endirilməsi məqsədi artıqlaması ilə reallaşdırılıb və bu, yeni layihələr üçün əlavə maliyyə resurslarının cəlb edilməsinə yeni şərait yaradıb.ç Ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirilən COP29 tədbirindən danışan dövlətimizin başçısı bu istiqamətdə müxtəlif hədəflərə çatdığımızı və bunun, Azərbaycanın növbəti uğuru olduğunu vurğuladı. Eyni zamanda, Prezident İlham Əliyev COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdlərindən də danışdı. Burada, təbii ki, təşəbbüskar Fransa və cənab Makron olub. Məlumdur ki, bu boykot cəhdi tamamilə uğursuz oldu və bu cəhdin arxasında duran Makron məqsədlərinə bu dəfə də nail ola bilmədi. Hətta dövlət başçısının dediyi kimi, o, digər dövlətlərin başçılarına şəxsən zəng edərək, onları Bakıya getməməyə səsləyirmiş. Amma Azərbaycan regionla yanaşı, qlobal müstəvidə də önəmli aktor olduğu üçün həmin o dövlət başçıları Azərbaycana gəlməyi seçdilər. Belə ki, səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Azərbaycanın beynəxalq təşkilatlara üzv olmasına və fəal iştirakına toxunan dövlət başçısı yaxın zamanda ölkəmizin D8 təşkilatına üzv seçilməsi barədə də danışdı. Prezident İlham Əliyev bu əlamətdar hadisəni xüsusi olaraq qeyd edərək, Azərbaycanın D8-də fəal iştirak etməsi və töhfə verməsi üçün artıq bütün lazımi göstərişlərin verildiyini bildirdi. Bu addım Azərbaycanın qlobal iqtisadi və siyasi əlaqələrini daha da genişləndirəcək, eyni zamanda, təşkilatın iqtisadi və diplomatik proseslərində Azərbaycanın iştirakını təmin edəcək. Bu mühüm addım Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək və qlobal müsəlman dünyası ilə əməkdaşlığını gücləndirəcək. Azərbaycan D8 çərçivəsində iqtisadiyyat, enerji və ticarət kimi sahələrdə öz təcrübəsini paylaşaraq, təşkilatın inkişafına töhfə verə bilər. Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsindən danışan dövlətimizin başçısı qeyd edib ki, bu, bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Belə ki, 2025-ci ildə bu məqsədlərə 4 milyard manat ayrılacaq. Bu ərazilərə keçmiş məcburi köçkünlər fəal şəkildə köçürülür, burada çox böyük işlər görülür. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada, çalışır və yaşayır. Bundan əlavə, bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaq planlaşdırılır.

Müsahibədə beynəlxalq arenadakı, o cümlədən, Fransadakı vəziyyətə də toxunuldu. Fransanın siyasi sinfi uzun illərdir islamofobiya, ksenofobiya və antisemitizmlə xarakterizə olunur ki, bu da həm daxili cəmiyyətdə, həm də beynəlxalq aləmdə gərginliklərə səbəb olur. Bu yanaşmalar Fransa cəmiyyətində ayrı-seçkiliyi artırır və ölkənin müsəlman dünyası ilə münasibətlərini zəiflədir. Bununla yanaşı, erməni amili Fransa siyasi elitasında qeyri-obyektiv mövqelərin formalaşmasına səbəb olub, xüsusilə də Azərbaycanla bağlı məsələlərdə birtərəfli siyasət aparılıb.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində “Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir?” sualına cavabında deyib. “Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik” - dövlət başçısı bildirib.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri