Beynəlxalq Ticarət Məhkəməsi Trampın bu qərarını LƏĞV ETDİ KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Ticarət Məhkəməsi ABŞ prezidenti Donald Trampın səlahiyyətlərini aşdığını əsas gətirərək digər ölkələrə tətbiq etdiyi tariflərin qarşısını almaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, məhkəmə bu tariflərin beynəlxalq ticarət hüququna və ölkədaxili normativ çərçivəyə zidd olduğunu bildirərək onların dayandırılmasını məqsədəuyğun hesab edib.
Qərara əsasən, Tramp administrasiyası tərəfindən əsasən polad və alüminium idxalına yönəlmiş əlavə rüsumların qeyri-qanuni şəkildə tətbiq olunduğu vurğulanır. Məhkəmə bu addımın prezidentin iqtisadi fövqəladə səlahiyyətlərindən kənara çıxdığını bildirib.
Lakin Beynəlxalq Ticarət Məhkəməsinin bu qərarı dərhal icra edilməyəcək. ABŞ Federal Apellyasiya Məhkəməsi müvafiq qərarın tətbiqini müvəqqəti olaraq dayandırıb. Bu isə hüquqi prosesin hələ davam edəcəyini və yekun nəticənin yaxın vaxtlarda məlum olacağını göstərir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















