Icma.az
close
up
RU
Beynəlxalq Valyuta Fondu nikbindir

Beynəlxalq Valyuta Fondu nikbindir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda səfərdə olan BVF missiyası iqtisadi sabitliyin dayanıqlı olacağını bəyan edib

Mərkəzi Bankın (MB) baş direktoru Vüqar Əhmədov ölkəmizdə səfərdə olan və Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qlobal iqtisadiyyatda və maliyyə bazarlarında gedən proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi və maliyyə sabitliyinə təsirləri, eləcə də iqtisadiyyatın inkişaf meyilləri və inflyasiya proqnozları müzakirə olunub. Tərəflər arasında pul siyasətinin ötürücülüyünün təkmilləşdirilməsi və banklararası bazarın inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin cari il və ortamüddətli dövrdə pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas prioritetləri barədə də fikir mübadiləsi aparılıb.

İqtisadi artım qeyri-neft hesabına təmin olunacaq

Beynəlxalq Valyuta Fondu 2026-cı ildə Azərbaycan iqtisadiyyatının orta artım tempi ilə inkişaf edəcəyini, maliyyə sabitliyinin dayanıqlılığının təmin olunacağını, bank sektorunda dinamikanın qorunub saxlanılacağını proqnozlaşdırır. Fond tərəfindən bir neçə ay əvvəl dərc olunmuş “World Economic Outlook” hesabatında Azərbaycan iqtisadiyyatında 1,5-2 faiz artımın olacağı fərz edilir. Neft sektorunda əlavə dəyərin azalacağı, qeyri-neft bölməsində inkişafın yüksələcəyi proqnozlşadırılır. Bu, qlobal enerji bazarlarında qiymət dəyişkənliyi və əsasən, neft hasilatının  azalması hesabına baş verəcək.

Fondun təhlil qrupu hesab edir ki, ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatında artımı formalaşdıran mənbələrdə mühüm rol oynayan neft-qaz sektorunda fiskal daxiolmaların azalmasına baxmayaraq, qeyri-neft mənbələri inkişafın əsas drayverləri olacaq. Ortamüddətli perspektivdə neftdənkənar sahələrin illik artım tempi 3 faiz təşkil etməklə ümumi inkişafın təmin olunmasına töhfə verəcək. Qeyri-neft sektorunun artmasında əsas amillər biznes sektorunun fəallığının yüksələməsi, tikinti-inşaat, xidmət, turizm sahələrində yeni əlavə dəyərin formalaşması, neftdən kənar sahələrdə yığım mənbələrinin genişlənməsi, şəffaflaşma ilə bağlı görülən tədbirlər, bölgələrdə yeni müəssisələrin yaradılmasıdır.

BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq. Fond Azərbaycan hökumətini neft amili nəzərə alınmadan yeni iqtisadi model hazırlayaraq həyata keçirdiyi islahatların müsbət səmərə verəcəyinə də əminliyini ifadə edib. Fond azad biznesin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericiliyin daha təkmilləşdirilməsini müsbət dəyərləndirib, eyni zamanda, sahibkarlıq sektorunda maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsini və bankların özəl sektora daha əlçatan kreditlər verməsini də vacib sayır. Tövsiyələrə əsasən, maliyyə bazarının inkişaf etdirilməsi, biznesin və ailə təsərrüfatlarının bank-maliyyə xidmətlərinə sərbəst çıxışının təmin edilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirə bilər.

BVF illik inflyasiyanı 5-6 faiz proqnozlaşdırır

BVF hesab edir ki, cari  ildə illik inflyasiyanın 5-6 faiz intervalında olacağı proqnozlaşdırılır. İnflyasiya üzrə artım istiqamətində dəyişikliklər əsasən xarici mənşəli xərc amillərinin fəallaşmasından yarana bilər. Bu amillərə qlobal ərzaq qiymətlərinin artım tempinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin aktivləşməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin səngiməsi aiddir. Belə ki, cari ilin ikinci rübündə artan geosiyasi gərginlik inflyasiyanın risklər balansında xarici amillərin rolunu yüksəldib. Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaratmaqla nəqliyyat və sığorta xərclərinin yüksəlməsinə, eyni zamanda, qlobal enerji bazarlarında artan istiqamətdə qiymət dəyişkənliyinin güclənməsinə səbəb olub. İlin qalan dövründə bu proseslərin davam etməsi ticarət tərəfdaşlarında inflyasiyanın dinamikasını müəyyən edən əsas amil olacaq. Ümumilikdə, proqnozlara görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir.

Xatırladaq ki, BVF ilə yanaşı, digər beynəlxalq maliyyə institutları tərəfindən də cari il üzrə inflyasiya proqnozları dəyişdirilib. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, “Standart & Poor’s” növbəti yarımillikdə idxal inflyasiyasının ticarət tərəfdaşlarındakı inflyasiya ilə yanaşı, Mərkəzi Bankın yürüdəcəyi nominal effektiv məzənnənin dinamikasından da asılı olacağını yəqin edir.

Strateji hədəf birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır

Mərkəzi Bank isə baza ssenarisi üzrə qiymət indeksinin (may proqnozlarına görə) 2026-cı ildə 5,9 faiz, 2027-ci ildə isə 4,5 faiz olacağını gözləyir. Qeyd edək ki, 2026-cı ilin birinci yarısında inflyasiya 5,7 faiz təşkil edib. İnflyasiya səbətində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

Mərkəzi Bank bəyan edir ki, 2026-cı ildə inflyasiya faktoru əsas strateji alətlərdən biri olaraq qalacaq. Məqsəd birrəqəmli inflyasiya dəhlizinin qorunub saxlanmasıdır. MB bəyan edir ki, potensial riskləri nəzərə alaraq ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır. Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2026-cı ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri mümkündür. MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamından irəli gələn tələbləri  2026-cı ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri növbəti il üçün də aktualdır. Nəzərə alsaq ki, gələn il büdcə xərclərinin irihəcmli artımları da nəzərdə tutulub və bu, inflyasiya təzyiqlərini yüksəldə bilər. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Ələlxüsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri