Icma.az
close
up
RU
Beynimiz bizi aldadırmış: Yaddaşımız eyni hadisəni heç vaxt eyni saxlamır

Beynimiz bizi aldadırmış: Yaddaşımız eyni hadisəni heç vaxt eyni saxlamır

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Araşdırmalar zamanı məlum olub ki, insan beyin eyni xatirəni hər dəfə fərqli şəkildə yaddaşa həkk edir.

Yenisabah.az xəbər verir ki, “Nature” jurnalında dərc olunan yeni araşdırmaya görə, xatirələr zamanla fərqli neyron qrupları tərəfindən aşkar edildikcə beyində dəyişikliklərə məruz qalır.

Məlumata görə, siçanlar üzərində aparılan təcrübə göstərib ki, xatirələr sabit deyil və beyində hər dəfə yenidən formalaşır. Əvvəllər alimlər xatirələrin hipokampusda yerləşən “yer hüceyrələri” tərəfindən sabit şəkildə qorunduğunu düşünürdülər, lakin hazırda bu nəzəriyyə şübhə altına alınıb. pizza sifarişi

Şimali-Qərb Universitetinin (ABŞ) professoru Daniel Dobeck bildirib ki, 2013-cü ildə aparılan araşdırmalar beyində məkan yaddaşının sabit olmadığını sübut edib. Onun sözlərinə görə, siçanlar labirintə təkrar girdikdə bəzi neyronlar aktiv qalsa da, aktiv neyron qrupları zamanla dəyişib. Bu hadisə “hipokampal təmsil dəyişməsi” adlandırılıb.

Yeni təcrübədə alimlər siçanları virtual reallıq mühitində sınaqdan keçiriblər. Onlar xüsusi qaçış trenajorunda hərəkət edərək ekranlarda sabit labirint simulyasiyasını izləyiblər. Xarici amilləri aradan qaldırmaq üçün hər turda eyni qoxu və sabit səs fonu yaradılıb. Neyron aktivliyi isə real vaxtda izlənilib.

Nəticələr göstərib ki, mühit tam nəzarət altında olsa belə, neyronların çoxu zaman keçdikcə dəyişib. Yalnız 5-10 faiz hüceyrə ənənəvi “yer hüceyrəsi” kimi sabit qalıb. Bu sabit hüceyrələrin daha yüksək oyanıqlığa sahib olması, məhz həmin xüsusiyyətin xatirələrin qorunmasında rol oynadığını göstərib.

Alimlər hesab edir ki, bu dəyişmə beyinə oxşar təcrübələri bir-birindən ayırmaqda kömək edir. Yəni insan eyni məkanı (iş, məktəb, park) dəfələrlə ziyarət etsə də, həmin səfərləri yaddaşında fərqli şəkildə saxlaya bilir.

Araşdırma həmçinin göstərib ki, ən sabit xatirələr yüksək oyanıqlığı saxlayan hüceyrələrlə bağlıdır. “Beyin yaşlandıqca hipokampal hüceyrələr daha az oyanıqlı olur. Ola bilsin ki, yaşla yaddaş zəifləməsinin səbəblərindən biri də budur. Əgər bu oyanıqlığı artırmaq və ya qorumaq mümkün olsa, yaddaş da daha uzunmüddətli qoruna bilər. Lakin bunun üçün əlavə araşdırmalara ehtiyac var.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri