Icma.az
close
up
RU
Beyninizin necə işlədiyini bilirsiniz? HEYRƏTAMİZ FAKTLAR

Beyninizin necə işlədiyini bilirsiniz? HEYRƏTAMİZ FAKTLAR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Təbiət, yaradılış öz mükəmməlliyi ilə heyran etməyə davam edir.

Dünyanın ən böyük sürprizi insandır. İnsanın ən izah edilməz orqanı isə onu idarə edən beyindir. Bəli, dünya alimləri uzun illərdir beynin sistematik fəaliyyəti ilə əlaqədar araşdırmalar aparsalar da, beynin necə işlədiyi sirrini aça bilməyiblər. Amma hər dəfəsində maraqlı faktlar aşkarlayıblar.

Publika.az insan beyni ilə əlaqədar maraqlı faktları təqdim edir:

“Beynin sadəcə 10 faizi çalışır”

İnsan beyni haqqında bu gün çoxsaylı miflər var. Ən çox eşitdiyimiz isə budur ki, insan beyni özündə olan potensialın yalnız 10 faizini aktivləşdirir. Bu barədə psixoloqlar, psixiatrlar, ekstrasenslər və s. hər kəs danışır. İnsan beyninin imkanlarının yalnız 10% -nin çalışması qəribə bəyanat olsa da, daha maraqlısı geridə neçə faiz passiv qalır. Bəs bunun səbəbi nədir? İsveç alimləri iddia edir ki, beyin özü-özünü müdafiə məqsədilə bunu edir. Beynin digər böyük hissəsi passiv şəkildə gizli guşədə qorunur. Bu o zaman işə düşür ki, hər hansı fövqəladə hal baş verir və insan təlaş içərisində olarkən qeyri-adi çıxış yolu tapır. Əslində, bu tamamilə normaldır. Sadəcə olaraq normal psixologiya altında insan beyni aktiv fəaliyyət göstərmədiyi üçün bu, digərləri üçün qeyri-adi, möhtəşəm görünür.

Müasir skanerlər vasitəsilə araşdırma aparan həkimlər insan beyninin tam olaraq 100 faizlik işlədiyini iddia edir. Beyinin müxtəlif funksiyaları insanların müxtəlif hərəkətlərindən asılı olaraq dəyişir. Biz gəzərkən beyinin hərəkətimizi tənzimlədiyi hissəsi aktiv fəaliyyətdə olur. Hətta yatarkən belə beyinin bir hissəsi fəaliyyətini davam etdirə bilər.

Beyin ölçüsü bəllidirmi?

Bəzən eşidirik deyirlər ki, hər kəsin ürəyi yumruğu qədərdir. Sizcə həcmi böyük olan beyin daha məsuliyyətlidir? İnsan ilə balina beynini müqayisə edən alimlər bunun əksini deyir. Onların fikrincə, insan beyni orqan olaraq belə müxtəlif ölçülərdə ola bilirsə, onun funksiyasını, aktivliyini ölçüləri ilə limitləmək doğru olmaz. Məsələn, müxtəlif insan beyinləri arasında XX əsrin görkəmli fiziki, nisbilik nəzəriyyəsinin banisi, kvant nəzəriyyəsinin və statistik fizikanın yaradıcılarından biri Albert Eynşteynin beyni standart ölçülərdən çox olub. Statistikaya əsasən insanların beyinlərinin çəkisi normal olaraq ondan daha azdır. Bunu Eynşteynin vəfatından sonra ailəsinin icazəsi olmadan beynini başından çıxaran həkim Tomas Stoltz Harvey demişdi. İllər sonra Eynşteynin oğlu Hans Albertdən icazə almaqla onun beynini tədqiq etməyə başlayan həkim, beynin hissələrini digər alimlərlə incələdikdən sonra onun normal insanın beyni ilə müqayisədə qeyri-adi hüceyrə quruluşuna malik olmasını elan etmişdi.

Yaşa görə, insan beyni zəif olur

Bəzi sinir hüceyrələri bərpa edə bilməyəcək xüsusiyyətə malikdirlər. Bir qrup alim bu səbəbdən beyinin bütün hüceyrələrinin eyni bərabərdə çalışmadığını deyir. Buna səbəb insan dünyaya gələndə beyində olan bəzi hüceyrələrin sürətlə inkişafıdır. Bu səbəbdən bir qrup hüceyrələr özünü yeniləsə də, yaş həddi ilə bağlı yaşanan bir sıra xəstəliklərin artması özünü bərpa edə bilməyən hüceyrələrin məhv olması ilə əlaqəlidir. Sinir hüceyrələrinin problemi isə əksər hallarda böyüklərdən meydana gəlir. Yaşlandıqca insanların ağlını itirməsinə səbəb budur. Fəal zəka fəaliyyəti, sağlam həyat tərzi ilə məşğul olan, təbii qidalarla orqanizmi təmin edən insanlarda bu proses ləngiyir. Onlar dolğun yaşda da normal olaraq başqaları ilə ünsiyyət qura bilirlər, zəka oyunları oynaya bilirlər, nəinki zehni, hətta fiziki gücləri də onlara çalışmağa imkan verir. Məsələn, bir çox kəşflərə imza atan professorlar var ki, hətta 80 yaşlarında belə universitetlərdə gənc kadrlardan daha gözəl elmi məqalələr oxuyurlar.

Beyin şirniyyatı sevir?

Beynin işləməsi üçün oksigen və qlükoza vacibdirmi? Bu da əslində bir mifdir. Əslində isə alimlər düşünür ki, beynimiz üçün bizim nə yediyimizin elə də əhəmiyyəti yoxdur. Siz qarğıdalı unundan hazırlanmış yeməklər də yesəniz, bir kilo konfeti tək başına da yesəniz bədən özünə lazım olan qlükoza səviyyəsi tənzimləyəcək. Həddindən artıq qəbul edilən istənilən qida orqanizmdə, sağlamlıqda müəyyən fəsadlar yarada bilir. Şirniyyat istifadəsinə, xüsusilə də şəkər tozundan mümkün qədər imtina etmək sağlamlığınız üçün faydalıdır. Çünki, şəkərli diabetin əsasında şəkər tozu dayanır.

Beyində hər hissiyat orqanının öz hüceyrə qrupu var

İnsan beyni bədənin müəyyən bölgələrindən gələn siqnallarla oyanır. Əvvəllər elm adamları hər bölgənin eyni siqnalla beyinə ötürüldüyünü deyirdi. Lakin son araşdırmalar göstərir ki, görmə korteksi yalnız görmə qabiliyyəti ilə aktivləşir, eşitmə isə tam başqa. Bu əslində çox daha mürəkkəb prosesdir. Çünki bəzən görmə qabiliyyətini itirən şəxslərdə digər hissiyyatlar sürətlə inkişaf edir. Bəs bunu necə izah etməli? Beyin qəribə plastikadır.

Biz yatanda beyin dayanırmı?

Əslində bu doğru mif deyil. Tam əksinə. İnsan yatanda, istirahət edəndə beyin daha məsuliyyətlə çalışmağa başlayır. Beyin heç vaxt dayanmır. Gün ərzində alınan bütün məlumatlar beyin süzgəcindən keçirilir. Alimlər deyir ki, beynin içində xüsusi kitab rəflərini xatırladacaq bölmələr mövcuddur. Qəbul edilən informasiyalar yaddaşa bənzər bölgülərlə ötürülür. Daha sonra beyin yığılmış toksinlərdən təmizlənir. Real həyatda tamamilə əlaqəsiz mövzular arasında qəribə bir əlaqə yaranır. Gördüyünüz yuxular da bunun nəticəsidir. Heç bir şey təsadüfən baş vermir. Mendeleyevin kimyəvi elementlərin cədvəlini məhz yuxuda görməsi bir inqilabdır. Bu həqiqət bir daha sübut edir ki, insan yatan zaman beynində yuxu prosesindən əlavə isbat edilməsi çətin olan qeyri-adi dəyişiklik gedir.

Əjdaha beyinlər eyni anda neçə iş görə bilir?

Bu beyin haqqında deyilən ən gülməli miflərdən biridir. Çünki qətiyyən bu, elmi cəhətdən də mümkün deyil. Beyin eyni anda iki prosesi həll edə bilməz. Bir çoxları həqiqətən belə düşünürlər, amma bu real deyil. Sadəcə beyin düşündüyü istiqamətə yaxın olan bir digər məsələyə də anidən keçid edə bilər. Amma bu həlledici nəticələrə aid deyil. Bu isə bütün insanlarda mövcuddur. Məsələn, bir mobil telefonun beynini düşünün. Eyni anda ona iki prosesi əmr etmək mümkün olmur. Mütləqdir ki, bu ardıcıl baş versin. Əks təqdirdə sistem donur. İnsan beyni də belədir. Qeyri –adi bacarıqları ilə hər kəsi təəccübləndirən unikal şəxsiyyətlər isə tarix boyu olub və olacaq. Biz onları tez-tez çox işi eyni anda görə bilən əjdaha beyinlər adlandırırıq. Onlar eyni anda həm musiqiyə qulaq asır, həm şeir əzbərləyir, həm də kubik-rubik toplaya bilirlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri