Beyons həyat yoldaşı Cey Zidən boşanma ərəfəsindədir FOTO
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Amerikalı müğənni Beyons reper Cey Zi ilə boşanmaq istəyir.
Sfera.az bildirir ki, bu qərara səbəb reperin adının bir müddət öncə cinsi cinayətlərdə müntəzəm ittihamlarda səslənməsi olub. Bundan əlavə, Beyons artıq Cey Zinin soyadı ilə imza atmır. Onların boşanması 2,6 milyard dollara başa gələ bilər.
Aktrisa cinsi istismarda ittiham olunan ərini açıq şəkildə dəstəkləsə də, onların evliliklərində artan çatların boşanma planlarına səbəb olduğu barədə şayiələr dolaşır.
Qeyd edək ki, Cey Zi 2000-ci ildə mübahisəli Sean Diddi Kombs ilə “MTV Video Music Awards” gecəsi zamanı 13 yaşlı qızı zorlamaqda ittiham olunur.
Beyonsun əri "iyrənc" adlandırdığı iddiaları təkzib edərək, bu şaiyələrin ailəsinə dərin ziyan vurduğunu bildirib.
Xatırladaq ki, bir neçə il əvvəl cütlüyün Cey Zinin xəyanətinə görə ayrılıq ərəfəsində olduqları ilə bağlı şayiələr yayılsa da, sonra onlar münasibətləri bərpa edə bilmişdilər.
Qeyd edək ki, Beyons və Cey Zi 2008-ci ildən evlidirlər. Onların üç (qızı Blu Ayvi və əkizləri Rumi və Sir) övladı var.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















