Beyons “Qremmi”də nominasiyaların sayına görə liderdir
Amerikalı müğənni Beyons “Qremmi” musiqi mükafatına nominasiyaların sayına görə lider olub.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mükafat üçün namizədlərin siyahısı noyabrın 8-də rəsmi internet saytında dərc olunub.
67-ci “Qremmi” mükafatları 2 fevral 2025-ci ildə Los-Ancelesdə keçiriləcək. Tədbir zamanı namizədlər 94 nominasiya üzrə nüfuzlu mükafat uğrunda mübarizə aparacaq ki, Beyonse onlardan 11-də təmsil olunur.
43 yaşlı müğənnini 94 kateqoriyadan yeddi kateqoriyada təmsil olunan sənətçilər - Billie Eilish, Charli XCX, reperlər Kendrick Lamar və Post Malone izləyir. Onlardan sonra altı nominasiya qazanan Sabrina Karpenter, Ron Çappell və Taylor Svift gəlir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin