“Bəzən dərhal xatırlamır” Yoldaşı Aşıq Əhlimanın səhhətindən danışdı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Yaxşıdır, Allaha şükür. Vəziyyəti getdikcə yaxşılaşır, artıq özünü toparlayır”.
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar Mədəniyyət İşçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.
O bildirib ki, aşığın 2011-ci ildə keçirdiyi insultdan sonra səhhətində ciddi problemlər yaransa da, son vaxtlar müsbət irəliləyişlər müşahidə olunur:
“Nitqində də yaxşılaşma var, fikrini ifadə edə bilir. Hər şey qaydasındadır, Allaha şükür. Çox güclü müalicələr aparıldı. Dünyanın müxtəlif ölkələrindən dərmanlar gətirildi, həkimlər çox əziyyət çəkdilər. Biz təklif etdik ki, lazım olsa, onu xaricə aparaq. Amma həkimlər dedilər, buna ehtiyac yoxdur, artıq lazım olan müalicə preparatlarını ölkəyə gətirmək mümkündür. Allaha min şükür ki, peşəkar həkimlərimiz var.
Yanına gələnləri tanıyır. Uzun müddət görmədiyi insanları isə bəzən dərhal xatırlamır. Təxminən 15-20 dəqiqə söhbət etdikdən sonra düşünür və yadına salır. Bu, çox nadir hallarda baş verir. Əksər hallarda isə insanları görən kimi tanıyır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 09 İyul 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















