Bəzən kənardan asan görünə bilər, amma meydanda hər şey fərqlidir Şamaxı nın legioneri
Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
"Şamaxı"nın yarımmüdafiəçisi Abdullahi Şuayubu Sportal.az saytına müsahibə verib.
- Misli Premyer Liqasının 28-ci turunda “Karvan-Yevlax”a 0:1 hesabı ilə uduzdunuz. Sizcə, bu gözlənilməz məğlubiyyət idi?
- Bəli, “Karvan”a qarşı oyunun nəticəsi bizim üçün gözlənilməz oldu. Matça yaxşı hazırlaşmışdıq və daha yaxşı nəticə əldə etməyi planlaşdırırdıq. Amma futbolda belə hallar olur. Bu məğlubiyyətdən nəticə çıxarırıq, səhvlərimizi analiz edirik və daha güclü qayıtmaq üçün məşqlərimizi davam etdiririk.
- “Zirə” və “Qarabağ”la heç-heçədən sonra hamı düşünürdü ki, zəif komandaları asanlıqla məğlub edəcəksiniz. Nə baş verdi?
- Azərbaycan Premyer Liqasında asan oyun yoxdur. Hər komanda hər oyuna maksimum motivasiya ilə çıxır və son dəqiqəyə qədər mübarizə aparır. Bəzən kənardan asan görünə bilər, amma meydanda hər şey fərqlidir.
- Demək olar ki, artıq liqada qalacağınız dəqiqləşib. Bu sizdə arxayınçılıq yaradır?
- Xeyr, bu bizi arxayınlaşdırmır. Məqsədimiz yalnız liqada qalmaq deyil, hər oyunda maksimum nəticə göstərməkdir. Növbəti mövsüm üçün yerini təmin etsək belə, biz son oyuna qədər eyni ciddiyyətlə oynamağa davam edəcəyik. Peşəkar futbolçu üçün motivasiya hər zaman yüksək olmalıdır.
- Növbəti rəqib autsayderlərdən olan “Kəpəz”dir. Onlara qalib gələ biləcəksiniz?
- “Kəpəz”ə qarşı oyunda da ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Heç bir rəqibi zəif hesab etmirik. Hər oyuna eyni ciddi yanaşırıq. İnşallah, yaxşı nəticə əldə edərik və qələbə qazanarıq, qalanını isə Allaha həvalə edirik.
- Bu mövsüm haqqında fikriniz necədir? Sizin və komandanız üçün uğurlu oldu?
- Ümumilikdə mövsümü pis qiymətləndirməzdim. Birlikdə mübarizə apardıq və inkişaf etdik. Hər oyun bizə təcrübə qazandırdı. Əlhəmdülillah, hər şeyə görə şükür edirik və növbəti mövsümdə daha yaxşı nəticələr əldə etmək üçün çalışacağıq.
Mirbağırağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Aprel 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















