Icma.az
close
up
RU
“Bəzən ürəyim partlayır ki, onların söylədiklərini hamıya açıqlayım”

“Bəzən ürəyim partlayır ki, onların söylədiklərini hamıya açıqlayım”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən yaxın bir dostumla görüşmüşəm. Çay içib, söhbət edirik...

Birdən mövzu təsadüfən gəldi, “Qarabağ” futbol klubunun üzərinə. Dedi, Elşən, bilmirəm, ogünkü oyuna baxdın, ya yox, amma biz həqiqətən “Benfika”nı bəxtəbəxt deyil, məhz alın təri ilə yendik. Çünki ortalıqda əzm vardı, zəka vardı, sistem vardı. Ən əsası: bizim görmədiyimiz, bəlkə də heç bir zaman görə bilməyəcəyimiz məqamlar, xırdalıqlar...illərin zəhməti, yuxusuz gecələri vardı.

Və...anidən qayıtdı ki, qardaş, bu hələ “Qarabağ” futbol klubudur e...Sən indi təsəvvür elə, Qarabağın özünü büs-bütün geri qaytarmaq, düşmən tapdağından azad etmək üçün cənab hansı fədakarlıqlara gedib, hansı hazırlıqları görüb, hansı riskləri gözə alıb...

Nə qədər doğru!

***

Müharibədən sonra bəzi dövlət adamları ilə, həmin müharibənin tam episentrində qərarlaşan insanlarla təmaslarım, görüşlərim oldu.

İnanın, elə şeylər danışdılar ki...

Bəzən ürəyim partlayır, onların söylədiklərini hamıya açıqlayım, real və dərin təfsilatlar barədə hamıya məlumat verim, bütün olub - bitənləri hamı üçün nüans-nüans, detal-detal xırdalayım...

Amma onu da anlayıram ki, hələ zamanı deyil.

Zatən zamanı gələndə, dövlət, ya da Prezidentin özü hər şeyi açıqlayacaq.

Mən isə indiki məqamda, ümumi anlamda sadəcə bir neçə şeyi deyə bilərəm:

İlham Əliyev bu mübarizəyə, Azərbaycanın suverenlik savaşına bütün təhlükələri gözə alaraq, ortalığa sözün gerçək anlamında böyük İRADƏ və ÜRƏK qoyaraq qoşulub!

İlham Əliyev inanılmazları ona görə bacarıb ki, elə inanılmaz da fədakarlıqlar göstərib!

Nəhayət: İlham Əliyevin Qarabağ fatehliyi - onun bir tək müdrikliyinin, gücünün deyil, həm də mərdliyinin və qorxmazlığının bəhrəsidir, təntənəsidir, təcəssümüdür!

Ayrıca...bu da ayrı bir faktdır ki, ən kritik məqamda, Şuşa əməliyyatından öncə cənab Prezidentə son dərəcə ciddi risklər barədə məruzələr edilərkən, o, yaxın ətrafına və komandasına nəyin bahasına olursa olsun bu işin tamamlanması gərəkdiyini bildirib və Şuşasız hər şeyin yarımçıq qalacağını söyləyib.

Bir anlıq bilirsinizmi, nəyi xatırladım? – Sarayda son çıxışı zamanı Ulu Öndərin halının pisləşməyini...

İkinci büdrəmədən sonra Vahid Axundov da, həkim korpusu da onu var gücü ilə inandırmağa çalışmışdı ki, yenidən tribunaya qayıtmaq olmaz. Hətta qayıdacağı təqdirdə yaşama şansının maksimum 2-3 faiz olduğunu da açıq söyləmişdilər.

Heydər Əliyev isə bütün bu israrlara baxmayaraq yenə qayıtdı.

Qayıtdı və ölümü öldürdü! Cəsarəti ilə.

Necə ki,...Şuşanın işğaldan azad olunmasına ən yaxşı halda 1 faizlik ehtimal verənlərin proqnozlarını İlham Əliyev puç, alt-üst elədi və həmin 1 faizi 100 faizə qaldırmağı bacardı!

***

Tez-tez deyirik ha. Ki, biz Azərbaycanın mövcudluğunu, varlığını Heydər Əliyev irsinə və onun davamçısına borcluyuq.

Əmin olun: bunu səbəbsiz yerə, sıradan və gəlişi gözəl söz kimi demirik!

Üstəlik, tam səmimiyyətimlə söyləyirəm ki, əsl səbəb - iki nəhəng siyasətçinin müxtəlif zaman kəsiklərində Prezident seçilmələri, hakimiyyətin olimpində qərarlaşmaları, iqtidar və siyasi güc olmaları da deyil.

Əsl səbəb.....Onların ən böyük azərbaycanlı olmalarıdır, Azərbaycan naminə kimsənin gedə bilməyəcəyi risklərə getmələridir, edə bilməyəcəyi fədakarlıqları etmələridir, xalqın, millətin maraqlarını nəinki hakimiyyətlərindən, hətta canlarından belə üstün tutmalarıdır!

***

Dünən, Dövlət Suverenliyi günü idi.

İnanın, sırf maraq üçün radikal müxalifətin əsas təmsilçilərinin səhifəsinə nəzər saldım. Ki, görüm, bu barədə nəsə yazıblarmı?

Yazmamışdılar.

Biri öz partiyasının rayon təşkilatının sədrinin yubileyindən bəhs etmişdi. Digəri isə ən adi, bəsit bir məişət mövzusundan.

Bilirsinizmi niyə?

Çünki mövcud və faktiki proseslərin onlar üçün heç bir dəyəri və anlamı yoxdur.

Çünki 10 milyon yarım insan suveren oldu, amma 20 - 30 nəfərlik qaraguruh heç cür ola bilmədi ki, bilmədi.

Çünki...həmin beyinlər kənar təsirlərin, xarici – xüsusi xidmət orqanlarının, erməni lobbisinin, Şvabe ideologiyasının elə bir işğalına məruz qalıb ki, artıq bundan sonra belələrinin ruhən və mənən müstəqil, azad, suveren olması, milli olması, adam olması, vətəndaş olması həqiqətən, sözün gerçək anlamında tam mümkünsüzdür!

***

Tanrı İlham Əliyevi qorusun.

Və mümkün qədər çox qorusun ki, doğma Azərbaycanımızın çöhrəsindəki işığı, sevinci, xoşbəxtliyi hələ uzun müddət görə, dada və hiss edə bilək...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri