Bəzi bölgələrdə yağış yağır FAKTİKİ HAVA
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Martın 20-si saat 18:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Bu barədə Gununsesi.info – ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Culfada 21 m/s, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalanda 18 m/s, Naxçıvanda 15 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.
Qeyd olunub ki, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Kürdəmir, Göyçay, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Hacıqabul, Beyləqan, Yardımlı, Lerik və Astarada fasilələrlə yağış yağır. Gədəbəy və Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 20 Mart 2025 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















