Bəzi ərazilərdə qaz kəsiləcək KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.
KONKRET.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.
Bildirilib ki, iyulun 17-də saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsində, Xutor qəsəbəsində, Vorovski yaşayış massivində, eləcə də Sabunçu rayonunun Səməd Vurğun və Azərbaycan qadını küçələrində qazın verilişi dayandırılacaq.
“Azəriqaz” qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Baxış sayı:60
Bu xəbər 17 İyul 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















