Icma.az
close
up
RU
Bəzi futbolçularla bağlı mövzulara görə çox marahatam Samir Abasov

Bəzi futbolçularla bağlı mövzulara görə çox marahatam Samir Abasov

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Neftçi" Misli premyer-liqasının "doğma divarlar" arasında keçirilən 15-ci tur matçında "Qarabağ"a uduzdu - 0:3.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Sonda hansı nəticə sizin üçün uğur sayılacaq? Futbolçular bu gün maksimum potensialını sərgilədi, yoxsa daha yaxşısını bacara bilərlər?
- Potensialdan danışmaq istəmirəm. "Neftçi"nin baş məşqçisisənsə, futbolçususansa, sənə belə oyunlarda qazandığın nəticəyə uyğun qiymət verilir. Komandam haqda bir oyuna görə nəsə demək istəmirəm. Görüləcək iş çoxdu. Hədəf yüksəkdi. Qıraqdan görünməyən problemlər var. Sevindirici haldı ki əhval-ruhiyyə yaxşıya doğru gedir. Stadionda əla atmosfer var idi. Bunun üçün azarkeşlərimizə təşəkkür edirəm.
- Ramilin faydalı iş əmsalı sizi qane edirmi?
- Üzrlü hesab edin, amma futbolçular haqda fərdi olaraq danışmaq istəmirəm. Məni fərqli məsələlər narahat edir. Bəlkə də bu problemləri başqaları görmür. Bəzi futbolçularla bağlı mövzulara görə çox narahatam.
- "Neftçi" hücum xəttində istəkli görünmürdü...
- Bu fikirlə razı deyiləm. Sadəcə son anlarda nəsə çatışmadı. Xeyli epizodlar yaratdıq. Məncə, əsas səbəb psixoloji məqamlarla bağlıdı.
- Avrokuboklara yollanmağın asan yolu liqadı, yoxsa ölkə kuboku?
- Kubokda şansımız var. Amma liqanı boşa vermək istəmirik. Hər çempionat matçında avrokuboklara yollanmaq üçün sonuncu şans kimi çıxacağıq. Kubok uğrunda da mübarizə aparacağıq. Başqa cür düşünmək "Neftçi" adına yaraşmaz.
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsız. "Mehdi Hüseynzadə"də hansı ab-havanı gözləyirsiz?
- Ab-havanı "Neftçi" özü yaradır. Bu komanda hara getsə, həmin matçda azarkeş sayı birə-beş artır.
- "Qarabağ" ikinci heyəti ilə "Neftçi"ni məğlub etdi. Bəlkə çempionata əvəzedici heyətlə davam edəsiz? Kubok matçları üçün daha heyət formalaşdırmaq mümkün ola bilər.
- Heyəti indiki futbolçulardan formalaşdırmalıyıq. Bunlar getsin, başqaları gəlsin deyə nəsə yoxdu. Hamının üzüldüyü bilirəm. Amma vəziyyəti soyuqqanlı analiz etməliyik.
- Qışda hansı mövqelərə transfer edəcəksiz?
- Bu barədə hələ ki, öz aramızda danışırıq. Bəzi məqamları götür-qoy edirik. Konkret qərar verməmişik.
- Elə danışdız ki, sanki məğlubiyyətin səbəbkarı futbolçulardı... Ramil Şeydayev "Qarabağ"ın sabiq futbolçusudu. Rəqibin müdafiəçiləri onu çox yaxşı tanıyır. Oyuna başqa hücumçuyla başlamaq olmazdı? 
- Ramil "Qarabağ"dan gəlib deyə, oynamamalıdı? Ramil bu gün xeyli təhlükəli epizodun baş rolunda idi. Özünü "Qarabağ"a sübut etmək istəyirdi. Müdafiəçilər onu tanıyırdısa, qarşısını niyə ala bilmirdilər?
- Adətən derbidə məğlub komanda daha aqressiv oynayır. Hətta qırmızı vərəqəni də gözə alır. Sanki "Neftçi"nin futbolçuları vəziyyətdən narahat deyildi...
- Bilirdik ki, oyunun içində çətinliklər yaranacaq. "Qarabağ"a qarşı oynayırdıq. Matç başlayanda qurduğumuz oyunun yaxşı tərəflərini görməyə başladıq. Amma futbolçularda özünəinam yaranırdı ki, qol buraxdıq. İkinci hissədə yenə öz səhvlərimizdən qollar buraxdıq. Məsələn, Rzanın pis çıxarışı... Çirkin futbol göstərmək istəmədik. Bu yaxşı hal deyil. Belə edə bilməzdik.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri