Icma.az
close
up
RU
Bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir Müşfiq Cəfərov

Bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir Müşfiq Cəfərov

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır. Bu hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil – burada dövlət idarəçiliyində, büdcə siyasətində nələrin düzgün, nələrin isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərən mühüm siqnallar var.    

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Müşfiq Cəfərov bildirib.


Millət vəkili bildirib ki, bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir:

"Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda, nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir. Bu baxımdan, hesab edirəm ki, bizim nəzarət yanaşmamız da müasirləşməlidir. Klassik yoxlamalarla yanaşı, texnoloji imkanlardan istifadə etməklə elektron nəzarət sistemlərinin tətbiqinə ciddi ehtiyac var. Bu sistemlər vasitəsilə dövlət qurumlarının xərcləri real vaxt rejimində izlənə bilər. Həm səmərəlilik artır, həm də ictimai nəzarət imkanları genişlənir. Bu addım korrupsiya risklərinin qarşısını almaqda və vətəndaşın dövlətə olan inamını gücləndirməkdə mühüm rol oynaya bilər".

M.Cəfərov nəzərə çatdırıb ki, 1977-ci ildə qəbul olunmuş Lima Deklarasiyasının prinsiplərinə əsasən, dövlət maliyyə nəzarətində hesabatlılıq yalnız xərclənən vəsaitlə məhdudlaşmamalı, proqram və fəaliyyət indikatorları üzərindən də aparılmalıdır. Yəni əsas sual budur: ayrılan vəsait hansı nəticəni verdi? Nə dəyişdi? Cəmiyyətə təsiri nə oldu? Bu yanaşma bizə daha obyektiv və nəticəyönümlü qərarlar qəbul etməyə imkan verər.


Deputat təklif edib ki, elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələr başlasın və mərhələli şəkildə genişləndirilsin. Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunsun – yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin. İrəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilsin – yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun.

O, sonda bir daha vurğulayıb ki, şəffaflıq, hesabatlılıq və texnoloji nəzarət mexanizmləri birgə işlədikdə, dövlət vəsaitlərinin səmərəli idarə olunması təmin edilir və bu da bütövlükdə ölkənin inkişaf tempinə müsbət təsir göstərir.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see268

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see197

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see175

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see165

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see146

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see141

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see141

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see139

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see135

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri