Icma.az
close
up
RU
Bəzi kiçik ölkələr rəsmi olaraq xilas yolu axtarırlar Əziz Əlibəyli

Bəzi kiçik ölkələr rəsmi olaraq xilas yolu axtarırlar Əziz Əlibəyli

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. 

Forumun əhəmiyyəti ilə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirdi ki, forum yeni dünya axtarışına həsr olunub.

"Müxtəlif ölkələrin təmsilçiləri burada düşüncələrini bölüşüblər. Amma gəldiyimiz qənaət həqiqətən də budur ki, beynəlxalq nizam yoxa çıxıb, dağılıb. Gələcək necə olacaq, onun qayğıları müzakirə mövzusudur. Bəzi kiçik ölkələr rəsmi olaraq xilas axtarırlar. Bakıda bölüşülən fikirlərdə də bu, aşkar şəkildə özünü göstərir. Xüsusilə böyük imperiyaların arasında, bufer zonada qalmış xalqlar və millətlər tərəqqi və tənəzzül arasında dilemmada yaşayırlar. Onları necə gələcəyin gözlədiyi kifayət qədər ağır mənzərədir. Məncə, Bakıda keçirilən XII Qlobal Forumda dünya ölkələrinin qayğılarını və düşdükləri çıxılmaz vəziyyətləri daha aydın görmək mümkündür" - o dedi.

Əziz Əlibəyli qeyd etdi ki, başqa ölkələrdən fərqli olaraq Bakıda yeni dünya nizamı qayğılarını bölüşmək başadüşüləndir:

"Bakı üç imperiyanın qovşağında, tarixi imperiyanın varisinin qovşağında, bəlkə də bu şərtlərlə öz müstəqilliyini əlində saxlaya bilmiş və 30 il sonra ərazilərini azad edə bilmişdir. Bakı üzərindən çoxu özlərinin enerji təhlükəsizliyini təmin etməyə, ticarət təhlükəsizliyini təmin etməyə gəlir. Bu mövzunu bir az inkişaf etdirək: Azərbaycan həm COP29 keçirdi, ondan əvvəl Azərbaycan dünyaya möhtəşəm tətbiqlər gətirdi. Siyasətdə yeni yanaşmalar, bloklara Qoşulmama Hərəkatı ilə dünya ölkələrinə dəstək durması, kasıblığa qarşı mübarizə ilə çox böyük səhifələr yazdı. İndiki dünya nizamında hər halda Qafqaz səhifəsi Azərbaycana məxsusdur. Azərbaycansız bu bölgədə fəaliyyət göstərmək mümkün deyil. Bölgənin özü isə dünyanın kommunikasiyalarının tam ortasında, strateji nöqtələrdə yerləşir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Mart 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri