Icma.az
close
up
RU
Bəzi ölkələr Rusiyaya qarşı hərəkətə keçə bilər POLİTOLOQ

Bəzi ölkələr Rusiyaya qarşı hərəkətə keçə bilər POLİTOLOQ

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində maraqlı bir iddia ilə çıxış edib. Dövlət başçısı qeyd edib ki, Rusiya ordusu əsgər sayını 150 min nəfər artırmaqla Belarusdan Polşa və Litvaya hücum edə bilər. 


Zelenski mümkün hücumun qarşısını almaq üçün Ukraynaya dəstəyin vacib olduğunu deyib. Onun sözlərinə görə, Ukraynaya dəstək əslində Avropanın müdafiəsini təmin etmək deməkdir. Zelenski iddia edib ki, əgər dəstək yetəri qədər olmasa, Rusiya 2025-ci ilin yay və ya payızında Belarusda təlimlərə, bunun ardınca isə tam miqyaslı işğala başlayacaq. 


Zelenskinin Rusiyanın yeni hücum taktikası ilə bağlı iddiası nə dərəcədə real görünür? Belə bir iddia NATO nu hərəkətə gətirə bilərmi? 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Polşa və Baltikyanı ölkələrə hücumunun indi real olmadığını bildirdi. 

O xatırlatdı ki, adıçəkilən Avropa ölkələri NATO-nun üzvü olduqlarından onlara hücum NATO-nın sərhədlərini keçmək anlamını verəcək. Politoloq bu halda Rusiyanın bütün NATO-ya üzv olan güclərlə hərbi qarşıdurma vəziyyətinə düşəcəyini dedi. 

“Bunu isə Rusiya istəməz”, - deyən M.Əsədullazadə bu hücumun yalnız bir halda mümkün olacağını da söylədi:

“Əgər ABŞ Prezidenti Donald Tramp Ukraynanın şərqini Rusiyaya güzəştə gedərsə, Rusiyanın iştahası artacaq və daha böyük torpaqlara iddia edəcək.
Yalnız bu halda Rusiya Polşa və Balyikyanı ölkələrin təhlükəsizliyinə ciddi təhdid yaradacaq. Putin hələ ki, öz şərtlərini diqtə etməyə çalışır. Putinin tələbinə əsasən NATO Şərqi Avropadan geri çəkilməlidir, Ukrayna NATO-ya üzv olmamalıdır. Əgər Tramp Putin şərtlərinə əməl edərsə, düşünürəm ki, Rusiya Şərqi Avropa ölkələrinə hücum edib, onların təhlükəsizliyinə təhdid yaradacaq”. 

Politoloq hesab edir ki, Tramp Putinin şərtlərini qəbul edərsə, bu, ABŞ ilə Avropa arasında fikir ayrılığı yaradacaq:

“Ukraynada baş verənlər ciddi fikir ayrılığı yaradarsa, bu, NATO-nun parçalanmasına da gətirib çıxara bilər. Əslində bu, Putinin strateji planıdır. Əgər ABŞ-nin geri çəkilməsindən sonra Rusiya daha da irəli gedərək Polşa və Baltikyanı ölkələrə hücum edərsə, Avropanın böyük ölkələri seyirci olmayacaq. Ən pis variantda Avropa ölkələrindən Fransa, Almaniya, Böyük Britaniya və İtaliya Rusiyanın bu hərbi təcavüzə qarşı hərəkətə keçə bilər”. 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri