“Bəzi ölkələri Çinin daxili işlərinə müdaxilədən çəkinməyə çağırırıq” XİN
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Li Çjinin işi tamamilə Çinin Honkonq (Syanqan) Xüsusi İnzibati Rayonunun daxili məsələsidir. Buna görə də bəzi ölkələr məsuliyyətsiz açıqlamalar verməkdən çəkinməlidirlər”.
525.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Li Jian bildirib.
“Biz müvafiq ölkələri Çinin suverenliyinə və Honkonqun hüquq sisteminə hörmət etməyə, məhkəmə prosesləri ilə bağlı məsuliyyətsiz çıxışlar etməkdən, Honkonqun məhkəmə sisteminə və ya Çinin daxili işlərinə hər hansı bir müdaxilədən çəkinməyə çağırırıq”, - diplomat bildirib.
Qeyd edək ki, Honkonq Xüsusi İnzibati Rayonunun Ali Məhkəməsi bölgədə Çin əleyhinə iğtişaşların təşəbbüskarı Li Çjini 20 il həbs cəzasına məhkum edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 09 Fevral 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















