Icma.az
close
up
RU
Bəzi partiyaların maliyyə yardımı dayandırıldı AÇIQLAMA

Bəzi partiyaların maliyyə yardımı dayandırıldı AÇIQLAMA

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların əksəriyyətinə bu il dövlət büdcəsindən vəsait ayrılmayıb.

Lent.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalara dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında bərabər bölünməlidir. 2025-ci ildə partiyalar üçün 6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin müvafiq olaraq 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiya arasında bərabər bölünməlidir.

Tural Abbaslı deyib ki, qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz: “Məhz bu ağır şərtə görə də Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyaların əksəriyyəti maliyyə yardımından məhrum olub. Məsələn, bizim partiyaqazandığı səslərə görə il ərzində dövlət büdcəsindən 36 min manat maliyyə yardımı ala bilərdisə, bunun üçün 18 min manat ianə və üzvlük haqqı toplamalı idi. Bu şərti qeyd olunan 14 partiyanın əksəriyyəti təmin edə bilməyib, maliyyə hesabatlarında əsasən “0” göstərilib. Ancaq onu da qeyd edim ki, parlamentdə təmsil olunan partiyaların maliyyə yardımı alması üçün belə şərt yoxdur. Ona görə də biz Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara münasibətdə də bu şərtin aradan qaldırılmasını zəruri sayırıq”.

Tural Abbaslı bu il həmin şərti yerinə yetirərək gələn il partiyalarına maliyyə yardımı ayrılmasına çalışacaqlarını da qeyd edib.

Xalq Partiyasının sədri Pənah Hüseyn APA-ya açıqlamasında qanunda qeyd edilən şərtlə bağlı bu il partiyalarına maliyyə vəsaiti ayrılmadığını söyləyib. Pənah Hüseyn də Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalara münasibətdə qeyd olunan şərtin ləğvini vacib sayıb.

Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli APA-ya açıqlamasında qeyd edib ki, keçən ilin son və bu ilin birinci rübü partiyaya maliyyə vəsaiti ayrılıb, ancaq ilin ikinci rübündən maliyyə vəsaitinin ayrılması dayandırılıb.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya bildirib ki, qanunvericiliyin tələbinə əməl ediblər və partiyaya maliyyə vəsaiti ayrılıb.

Qeyd edək ki, APA məsələ ilə bağlı Maliyyə Nazirliyinə sorğu ünvanlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri