Icma.az
close
up
RU
Bəzi Qərb ölkələrində islamofobiya artmaqdadır Şeyxülislam

Bəzi Qərb ölkələrində islamofobiya artmaqdadır Şeyxülislam

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın dini müxtəlifliyə verdiyi dəyər, multikulturalizm ənənələri və islamofobiyaya qarşı tutduğu prinsipial mövqe bütün dünya üçün nümunəvidir”.

Globalinfo.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Prezident İlham Əliyev bu mənəvi irsin qorunmasına və inkişafına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə İslam mədəniyyəti və dini azadlıqlar ölkəmizdə daim yüksək səviyyədə dəstəklənib. Prezident İlham Əliyevin İslam dünyasında həmrəylik və əməkdaşlıq istiqamətində atdığı addımlar digər İslam ölkələri üçün nümunə təşkil edir.

“Din adı ilə siyasi məqsədlər güdən, dini dəyərlərdən sui-istifadə edən şəxslərə və qruplara qarşı həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə ciddi şəkildə mübarizə aparmaq vacibdir. Bu məsələdə Azərbaycan fəal və prinsipial mövqe tutur. Biz dinlərarası əməkdaşlıq sahəsində nümunəvi təcrübəyə sahibik və bu model dünya üçün də aktuallıq kəsb edir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün dünyanın bir çox yerində, xüsusilə də bəzi Qərb ölkələrində islamofobiya narahatedici dərəcədə artmaqdadır. Fransada müsəlmanlara qarşı qeyri-insani münasibət, Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, Qurani-Kərimin yandırılması və digər təhqiramiz aktlar ürəkağrısı doğurur. Bu cür halların azad söz adı altında leqallaşdırılması, əslində islamofobiyanın dərin köklərinin göstəricisidir.

Eyni zamanda, Ermənistanın İslam mədəniyyətinə qarşı illərlə davam edən nifrəti konkret faktlarla sübuta yetirilib. Qarabağda işğal dövründə məscidlərimizin dağıdılması, müqəddəs dini abidələrimizin təhqir olunması, heyvan saxlanılan ibadət ocaqları – bütün bunlar Ermənistanın İslama qarşı düşmən mövqeyinin əyani sübutlarıdır. Bu vandalizm aktları artıq beynəlxalq platformalarda da sənədləşdirilib və təqdim edilib”, – deyə şeyxülislam əlavə edib.

A.Paşazadənin sözlərinə görə, Ermənistan təkcə dini abidələri məhv etməklə kifayətlənməyib, eyni zamanda, müsəlman azərbaycanlıların kütləvi şəkildə öz yurd-yuvalarından didərgin salınmasına, qırğınlara və təzyiqlərə səbəb olub. Bu faktlar Ermənistanın revanşizmə kökləndiyini və sülhə deyil, qarşıdurmaya xidmət etdiyini açıq şəkildə göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri