Icma.az
close
up
RU
Bəzi qeyri əxlaqi hərəkətlər ictimai qınaqda qalmalıdır Hüquqşünas Şamil Paşayev

Bəzi qeyri əxlaqi hərəkətlər ictimai qınaqda qalmalıdır Hüquqşünas Şamil Paşayev

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Milli Məclisdə üç oxunuşdan sonra qəbul edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliyi ötən həftə Prezident təsdiqləyib.

Sənədə görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.

Ancaq yeni qanun müzakirələrə səbəb olub. 

Belə ki, çoxları bu anlayışa konkret nələrin daxil olduğunu sual edir.

Maraqlıdır, bəs həqiqətdə necə olmalıdır?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, əslində, bəzi qeyri-əxlaqi hərəkətlər ictimai qınaqda qalsa, daha yaxşıdır:

“Hazırda bəzi əxlaqi və mənəvi davranışlar qanuniləşdirilib. Əslində isə, əxlaqsız hərəkətlər qınanıla, ictimai tənqid oluna bilər. Lakin bunun birbaşa olaraq hüquqi məsuliyyət yaratması bir az qeyri-müəyyən çərçivəyə sığır. Milli-mənəvi dəyərlər anlayışının özü abstraktdır, qeyri-müəyyəndir, vurulan zərər praktiki deyil. Böhtan-təhqir fazasından söhbət gedirsə, onsuz da, bunun qanunvericilikdə cəzası var idi. Ancaq tənqid, qeyri-əxlaqi davranışlar ictimai qınaqda qalsa, hüquqiləşməsə, əslində, daha yaxşı olar. Elə qeyri-əxlaqi hərəkətlər var ki, onlar həm də hüquqi məsuliyyət yaradır. Məsələn, dələduzluq, talama, oğurluq və.s. Lakin bəzi qeyri-əxlaqi hərəkətlər var ki, onlar hüquq pozuntusu sayılmır, cəmiyyət tərəfindən bəyənilmir və cəmiyyət tərəfindən də qınaq ola bilər”.

Qeyd edək ki, qanunverici orqanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək. Yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə ediləcək.

Həmçinin  internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Yanvar 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri