Bəzi rayonlarda leysan, Qazaxda dolu yağıb FAKTİKİ HAVA
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyunun 15-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Şahdağda 23, Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Kəlbəcərdə 16, Şirvanda 15 m/s-yə çatır.
Quba, Ağstafa, Balakən və Zaqatalada arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Qazax rayonu Kəmərli kəndinə saat 15:51-16:06-da diametri 18-20, Yuxarı Salahlı kəndinə isə saat 16:00-16:05-də diametri 16 mm olan dolu yağıb.
Baxış sayı:91
Bu xəbər 15 İyun 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















