Icma.az
close
up
RU
Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş Xəbərdarlıq

Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş Xəbərdarlıq

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışına, həmçinin sanitar-gigiyenik tələblərə uyğunluğuna nəzarət məqsədilə IDEA İctimai Birliyi və Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 581 qida obyektində monitorinqlər həyata keçirilib.

"Cebheinfo.az" “Qafqazinfo”-a istindən xəbər verir ki, monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib.

Belə ki, Bakıda 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib.

Ümumilikdə monitorinqlər zamanı sözügedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə “Qırmızı kitab”a daxil edilmiş turac və tirəndaz (oxlu kirpi) ətləri aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri çərçivəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılıb, həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb.

Eyni zamanda, aparılmış nəzarət tədbirləri çərçivəsində aşkar edilmiş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Hazırda müayinələr davam etdirilir.

Qeyd edək ki, monitorinqlər zamanı 7 obyektdə  aşkar edilmiş “Qırmızı kitab”a daxil edilən tirəndaz (oxlu kirpi) və turac ətləri ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri araşdırma aparılır. İDEA İctimai Birliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vurğulayır ki, ətraf mühiti qorumaq hər bir kəsin vəzifəsidir. Təbiətin mühafizəsi və nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması yalnız birgə məsuliyyət çərçivəsində mümkün ola bilər.

Bundan əlavə, mənşəyi məlum olmayan, baytarlıq yoxlamasından keçməyən ət məhsulları, xüsusilə də qanunsuz ov nəticəsində əldə edilən ətlər müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər, bu isə insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. 

İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışı hallarının qarşısının alınmasında ictimaiyyətin fəal iştirakı mühüm rol oynayır. Bunu nəzərə alaraq, İDEA İctimai Birliyi hər kəsi ekoloji məsuliyyət nümayiş etdirməyə, qanunsuz ovçuluğun qarşısının alınmasına töhfə verməyə çağırır. 

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri